Ekspertlər Azərbaycana ola biləcək təhlükələrdən danışdılar

09:14 22-05-2019 | icon 377 | Siyasət
Ekspertlər Azərbaycana ola biləcək təhlükələrdən danışdılar

“Orta Asiyada vəziyyət olduqca mürəkkəb və gərgindir”

 

“İŞİD-in qolu olan ”Vilayat Xorasan" qruplaşması Əfqanıstanda MDB ölkələri ilə sərhədə 5 minə yaxın döyüşçü yerləşdirib". Rusiya mətbuatının yazdığına görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanları və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Düşənbədə keçirilən iclasında çıxışı zamanı deyib: “Terrorçu qrupların Əfqanıstanın şimal əyalətlərinə, MDB ölkələri ilə sərhəd bölgələrinə köçürülməsi xüsusi narahatlıq doğurur. İŞİD-in ”Vilayat Xorasan" adlanan qolu bu ərazilərdə təxminən 5 min döyüşçüsünü cəmləşdirib. Onların böyük bir hissəsi Suriyada döyüşən MDB vətəndaşlarıdır".

 

Versus.Az musavat.com-a istinadən məsələyə ekspertlərin münasibətini təqdim edir:

Bortnikovun bu açıqlaması Tacikistanın qərbində ciddi rejimli cəzaçəkmə müəssisəsində İŞİD-çi məhbusların  qiyamı ərəfəsinə təsadüf edib. İnsidentdə 29 məhbus iştirak edib. Onlardan 8 nəfəri həbsxana yoldaşları tərəfindən öldürülüb.

Aleksandr Bortnikov ile ilgili görsel sonucu

Aleksandr Bortnikov

 

Bundan əlavə, qiyam zamanı 3 mühafizəçi də həlak olub. Tacikistan Ədliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, qiyamı İŞİD üzlüyünə görə həbs olunan şəxslər törədiblər.

İŞİD-lə bağlı həyəcanlı xəbərlərin yayılması Azərbaycana nə vəd edir? 5 min yaraqlının hərəkətə gətirilməsi ölkəmiz üçün hər hansı bir təhlükə yaradırmı?

Ekspert İlham İsmayıl ile ilgili görsel sonucu

 

Ekspert İlham İsmayıl deyir ki, Rusiya FTX-nin direktorunun İŞİD-in bir qolu olan “Vilayəti Xorasan” terror təşkilatı haqqında dedikləri yenilk deyil:

 “Bununla belə, onun həmin fikirləri məhz Düşənbədə keçirilən yığıncaqda səsləndirməsi bölgə üçün konkret təhlükədən xəbər verir. ”Vilayəti Xorasan" hələ İŞİD-in parıldayan dövründə - 2015-ci ilin yanvarında Əfqanıstanda yaranıb. Əsasən Pakistan və Əfqanıstan ərazisindəki radikal İslam terrorçularını bir araya gətirib, İŞİD-ə sadiqliklərini elan etmişdilər. Hafiz Səid Xan-da dəstənin lideri təyin edilmişdi. Həmin ilin avqustunda Özbəkistan İslam Hərəkatı da “Vilayəti Xorasan”a qoşulandan sonra daha da güclənmişdi. Amma bildiyiniz kimi, Əfqanıstanda “Taliban” kimi oturuşmuş təşkilat var. Aralarındakı fikir ayrılığından sonra “Taliban”çılar İŞİD-in bu qolunu faktiki darmadağın etdilər. Sağ qalan dəstə üzvləri Əfqanıstanın şimalına- Mərkəzi Asiya respublikaları ilə sərhəddə cəmləşməyə başladılar. İŞİD-in Suriyada 2018-dəki əsaslı məğlubiyyətindən sonra postsovet ölkələrindən onlara qoşulmuş üzvləri də Əfqanıstanın şimalına yığışıb “Vilayəti Xorasan”la birləşdilər. Burada əsasən Şimali Qafqazdan və Mərkəzi Asiya respublikalarından olanlar toplaşıb. İŞİD-ə qoşulmuş Azərbaycan vətəndaşlarının da onların sırasında olması istisna deyil".

“İŞİD ”Vilayat Xorasan" ile ilgili görsel sonucu

 

Ekspert deyir ki, RF FTX-nin rəhbərinin bu bəyanatı perspektiv təhlükədən xəbər verir: “Çünki bu terrorçuların əsas məqsədi Mərkəzi Asiyaya və Şimali Qafqaza tədricən yayılıb, fəaliyyətlərinin mərkəzini bu yerlərə keçirməkdir. Təbii ki, zamanında İŞİD-ə qoşulmuş Azərbaycan vətəndaşlarından sağ qalanları içərisində hansısa formada vətənə qayıtmaq istəyənlər var. Bəlkə də uzunmüddətli ağır həyat tərzindən bezənlər, peşman olanlar da var, amma bu insanlar hər zaman təhlükə mənbəyinə çevrilə bilər. Yəqin ki, DTX bu istiqamətdə əməliyyat şəraitinə təsir edəcək bütün məqamları nəzərə alır, zəruri əməliyyat tədbirləri həyata keçirir”.

 

Ä°lgili resim

 

Ekspert Arzu Nağıyev deyir ki, Rusiya FTX rəhbərinin çıxışı təsadüfi deyil: “Son zamanlar İŞİD-lə bağlı narahatlıqlar üçün ciddi əsaslar var. Rusiya sərhədləri boyunca bufer zonalar yaratmağa çalışır. Belə zonalar yaradılarkən əsasən MDB dövlətləri ərazilərindəki münaqişə ocaqlarından istifadə olunur. Bu gün ən mühüm məsələ zəif bənd kimi qəbul olunan Orta Asiyadır. Əsasən Qazaxıstan, Özbəkistan, Tacikstan, Türkmənistan və Qırğızstan nəzərdə tutulur. Hansında ki, istənilən vaxt İŞİD konkret addımlar ata bilər”.

 

A.Nağıyev deyir ki, həmin dövlətlərin ərazisində İŞİD-ə biət edən qruplaşmalar var: ““Hizbut Təhrir”, Özbəkistan İslam Ordusu, Taliban və bu kimi qruplaşmaların həmin arealda olması o əraziləri Rusiyanın ən zəif bufer zonasına çevirir. Bu ərazilərdə Rusiyanın mühüm hərbi bazası yoxdur. Rusiya NATO-nun genişlənməsinin qarşısının alınması üçün Donbas, Dnesteryanı, Abxaziya, Dağlıq Qarabağ, Cənubi Osetiya məsələləri Rusiya xüsusi xidmət orqanlarının gələcəkdə istifadə edə biləcəkləri bufer zonalardır. Orta Asiyada isə belə məsələlər yoxdur və vəziyyət olduqca mürəkkəb və gərgindir. Həmin dövlətlər tam şəkildə Rusiyanı dəstəkləmirlər. MDB üzvləri olmalarına baxmayaraq, həmin ərazilərdə Rusiyaya münasibət o qədər də yaxşı deyil. ABŞ və maraqlı dövlətlərin xüsusi xidmət orqanları bu məsələrdən istifadə edə bilər. Rusiyaya qarşı təkcə iqtisadi sanksiyalar deyil, belə məsələrdən də istifadə etməklə təzyiq göstərilir, daim qorxu içində saxlamaqla nəzarətdən çıxmasını əngəlləyirlər.  Bortnikovun bu məsələni dilə gətirməsi də göstərir ki,  Rusiya hökumətinin narahatlığına səbəb olan hərəkətlilik var. Bu gün Orta Asiyadan təhdid məsələsi gündəmdədir.  Bu dövlətlərin içində ən zəif bəndi Tacikistandır, ondan sonra Qırğızıstan, Özbəkistan və Qazaxıstanda belə qüvvələrə nəzarət daha çoxdur. Xəzər dənizinin o tərəfində ciddi problemlər var. Buna görə Rusiya bu gün həyəcan təbili çalır və MDB dövlətlərinə müvafiq açıq müraciətlər olunur ki, vəziyyəti nəzarət altında saxlasınlar".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI