Bu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq

09:57 22-05-2019 | icon 649 | İqtisadiyyat
Bu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq

Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq.

 

Versus.Az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov bildirib.

 

QSC sədri bildirib ki, bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir:

"Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları tamamilə yenidən qurulub. Artıq Sabunçu dəmir yolu vağzalı kompleksi sərnişinlərə xidmət göstərməyə tam hazırdır".

 

Onun sözlərinə, hazırda dəmir yolu daha sürətli nəqliyyat vasitəsi hesab olunur:

"Gələcəkdə dəmir yolu xətlərinin Əhmədli, Zirə, Pirallahı, həmçinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanına qədər uzadılmasını düşünürük və bu yollar davamlı olaraq tikiləcək".

 

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib, yeni inşa edilən Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin