Sara Tağıyeva – 120

15:14 22-05-2019 | icon 2352 | Mədəniyyət
Sara Tağıyeva – 120

H.Z.Tağıyevin qızına həsr olunmuş xatirə tədbiri keçirilib

 

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyin görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara Tağıyevanın (1899-1991) anadan olmasının 120 illiyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

 

Muzeydən Versus.Az-a verilən xəbərə görə, tədbirdə tarixçi alimlər, muzey əməkdaşları, Sara Tağıyevanın ailə üzvləri və KİV nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Muzeyin Elmi katibi, t.ü.f.d. dos. Fərhad Cabbarov açaraq, Sara xanım Tağıyevanın həyat yolu, çəkdiyi məhrumiyyətlər və muzeyin fondlarında ona aid qorunan zəngin sənədli materiallar haqqında danışıb.

 

Qeyd edib ki, Sara Tağıyeva 1899-cu ildə, may ayının 20-də atasının mülkündə, Muzeyin indiki binasında anadan olub, sovet hakimiyyətinə qədər burada yaşayıb, buradan da son mənzilə yola salınıb.

 

Məlumdur ki, sovet hakimiyyətinin ilk dövrlərindən etibarən Azərbaycanda sahibkarlara qarşı təqiblər başlanmışdı. Bu hadisələr H.Z.Tağıyevdən də yan keçməyib. H.Z.Tağıyevin xeyriyyəçilik əməlləri də nəzərə alınmayaraq adı qara siyahıya salınmış, barəsində danışmağa belə qadağalar qoyulmuşdur. Bu qadağalara baxmayaraq, totalitar rejim dövründə Sara Tağıyeva həyatının böyük hissəsini atasının xeyriyyəçilik əməllərinin tanıdılmasına həsr edib. Lakin Sara xanım atasının xatirəsini yaşatmaq, onun repressiyaya uğramış ad və nüfuzunu bərpa etmək üçün bir çox məhrumiyyətlərə dözərək, Tağıyev irsini təbliğ edib və sonda buna nail olub.

 

Sonra Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edib, Sara xanımın görkəmli akademik Ziya Bünyadovla görüşlərindən, bu mövzudakı xatirələrindən bəhs edən Nailə xanım bildirib ki, Sara xanım atasının milli, mədəni inkişafımızdakı rolunu üzə çıxartmaq istəyirdi.

 

“Kaspi” qəzetinin baş redaktoru Sona Vəliyeva çıxışında qeyd edib ki, XIX əsrin sonunda rusdilli “Kaspi” qəzetinin milliləşməsində H.Z.Tağıyevin böyük rolu olub. Görkəmli xeyriyyəçinin “Kaspi” qəzetinin mətbəəsini almasından sonra Əlimərdan bəy Topçubaşovun naşirliyi ilə bu qəzet Qafqaz, hətta Rusiya müsəlmanlarının carçısına çevrilmişdi. Sara xanım atasının məhz bu kimi milli, mədəni fəaliyyətlərini ortaya çıxarmaq istəyirdi. S.Vəliyeva Sara xanımın bədii obrazının yaradılmasının vacibliyini də vurğulayıb.

 

Tədbirdə tarixçi alim, t.ü.f.d. Firdovsiyyə Əhmədova da çıxış edərək, Sara Tağıyevanın həyatından və onun sovet hakimiyyəti dövründə atası H.Z.Tağıyevə qarşı qeyri-obyektiv fikirlərə, onun ictimai və xeyriyyəçilik fəaliyyətinin təhrif olunmasına qarşı mübarizəsindən danışıb. Qeyd edib ki, H.Z.Tağıyevin qızı atasının maarifçilik və milli, mənəvi, mədəni inkişafımızdakı xidmətlərinin SSRİ hakimiyyəti tərəfindən tanınmasını, tədqiq və təbliğ edilməsini tələb edirdi.

 

Tağıyev nəslinin yaxınlarından olan Elnur Musazadə də çıxış edərək Sara xanımın vətənə məhəbbətindən, maarifçilik fəaliyyətindən və onun ailəsi haqqında danışıb.

 

AMEA Tarix İnstitutunun şöbə müdiri, t.ü.f.d. Hacı Həsənov çıxış edərək, 1980-ci illərdə Sara xanımla olan xatirələrindən, onun öz atasının adını təmizləmək üçün göstərdiyi xidmətlərdən bəhs edib. Bildirib ki, Sara xanımın bu fəaliyyətini, H.Z.Tağıyevin mirasını Azərbaycan xalqı heç vaxt unutmayacaq.

 

Tədbirdə iştitak edən kinorejissor Ayaz Salayev Sara xanımla olan görüşlərindən, 1988-ci ildə çəkdiyi “Ata” filmindən bəhs edib. Bildirib ki, bu gizli çəkilişlərdə Sara xanımdan H.Z.Tağıyev və onun mirası haqqında qiymətli fikirlər öyrənilib və yaşadılıb. O, Sara xanımın yaşadığı bütün məhrumiyyətlərə baxmayaraq, ondakı ruh yüksəkliyini, atasının adının təmizə çıxacağına olan inamını da qeyd etdi.

 

Sara xanımla görüşlərindən danışan Rəsul Rəxşanlı onun Tağıyev irsini, milli-mədəni mirasımızı üzə çıxartmaqdakı yorulmaz fəaliyyətindən bəhs edib. Xəzər rayonu H.Z.Tağıyev adına 123 №-li orta məktəbin direktor müavini Gülnarə Əzimova da çıxış edərək, bu məktəbin ilk öncə bağbanlıq peşəsinin öyrənilməsi üçün əsasının qoyulmasında H.Z.Tağıyevin rolundan danışıb. Həmçinin S.Tağıyevanın ömür yolundan, acınacaqlı həyatından bəhs edib.

 

Tarixçi-tədqiqatçı Fuad Axundov çıxışında Sara xanımın atasının irsini yaşatmaq üçün yazdığı əlyazmalardan, onun elmi-fəlsəfi biliyinin dərinliyindən danışıb. Eyni zamanda onun H.Z.Tağıyevin əsasını qoyduğu rus-müsəlman qız məktəbinin məzunları ilə olan əlaqəsindən, bu irsin tədqiq və təbliğindən bəhs edib.

 

Sonda S.Tağıyeva haqqında çəkilmiş televiziya filmindən fraqmentlər nümayiş olunub. Muzey nəzdindəki “H.Z.Tağıyev klubu”nun üzvlərinin ifasında Teyyub Qurbanlının “SARA” poeması əsasında səhnəciklər göstərilib. Həmçinin “H.Z.Tağıyev klubu”nun üzvlərinə sertifikatlar təqdim olunub və xatirə şəkli çəkilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı