Milli Məclisdə təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

15:52 22-05-2019 | icon 358 | Gündəm
Milli Məclisdə təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

 

Versus.Az-ın Trendə istinadən verdiyi məlumata görə, gündəlikdəki məsələləri Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov təqdim edib.

Komitə sədri bildirib ki, “Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişiklik edilməsi barədə” məsələ qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır.

Z.Əsgərov bildirib ki, Azərbaycan hər zaman terrora qarşı mübarizənin önündə gedən dövlət olduğu üçün ölkəmizdə müvafiq hüquqi bazanın möhkəmləndirilməsinə ciddi diqqət yetirilir.

Sonra iclasda “Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə məsələyə baxılıb. Bildirilib ki, bu sənəd cari ilin 7 aprel tarixində Ər-Riyadda imzalanıb.

Fikir mübadiləsində deputatlar Sazişin əhəmiyyətini yüksək dəyərləndiriblər.

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası qanununda dəyişiklik edilməsi barədə” məsələni şərh edən I vitse-spiker qeyd edib ki, dəyişiklik redaktə xarakterlidir, uyğunlaşdırma məqsədi daşıyır.

Komitədə baxılan qanun layihələri plenar iclasa tövsiyə olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol