"Bu əməkdaşlıq bütövlükdə Qafqaz və Yaxın Şərq üçün yeni imkanlar açır"

10:00 01-06-2023 | icon 732 | Siyasət
"Bu əməkdaşlıq bütövlükdə Qafqaz və Yaxın Şərq üçün yeni imkanlar açır"

Bəhruz Məhərrəmov: “Yəhudilər yüz illərdir Azərbaycan cəmiyyətinin ayrılmaz və qiymətli bir hissəsidir”

 

İsrail Prezidenti İsxak Hersoq və xanımı Mixal Sislan Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Mayın 30-31-ni əhatə edən iki günlük səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutub. Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edib. İsrail Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin daha da inkişafı baxımından hansı əhəmiyətə malikdir?

 


Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlamasınd bildirib ki, İsrail dövlətinin prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri İsrail-Azərbaycan münasibətlərində yeni mərhələdir.

 

Onun sözlərinə görə, cənab Hersoq Bakıya səfər edən ilk yəhudi prezident deyil, Lakin münasibətlərin mövcud səviyyəsi və hazırkı geosiyasi situasiya bu səfərin önəmini əlahiddə şəkildə artırır:

 

“Mətbuat üçün birgə bəyanatda Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, "Azərbaycanla-İsrail arasında çox fəal siyasi dialoq var və bu səfər də ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir".

 

Deputat qeyd edib ki, Azərbaycanla İsrail arasında siyasi tərəfdaşlığın xarakterik xüsusiyyəti onunla ehtiva olunur ki, bu müttəfiqlik yalnız qarşılıqlı hörmət və ehtiram ifadə edən statistik mövqedən ibarət deyil:

 

“Bu tərəfdaşlıq konkret istiqamətlərdə ciddi geosiyasi nəticələrə yol açan dövriyyə ilə müşahidə olunur. Məsələn, Azərbaycanın da, İsrailin də məmnun qaldığı müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq bütövlükdə regionun təhlükəsizliyində ciddi rol oynamaqdadır. Hətta, cənab İlham Əliyev açıq formada bəyan etdi ki, "Azərbaycanın İsrailin müasir avadanlığına çıxışı bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır". Vətən Müharibəsinə qədər 30 il işğal və təcavüzə məruz qalan dövlət kimi, təbii ki, bu tərəfdaşlıq bizim üçün çox qiymətlidir və İsrail dövlətinə isti münasibət və qardaşlıq duyğularının kökündə dayanan elementlərdən biri də məhz dar günün dostluğudur.
Əlbəttə, Azərbaycan-yəhudi qardaşlığının kökündə yalnız İsraillə hərbi-siyasi əməkdaşlıq dayanmır. Yəhudilər yüz illərdir ki, Azərbaycan cəmiyyətinin ayrılmaz və qiymətli bir hissəsidir. Cənab İlham Əliyevin dediyi kimi, "yəhudi icmasının üzvləri - Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə çiyin-çiyinə vuruşublar". İsrail Prezidenti isə Bakıdan bəyan etdi ki, "millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir". Təbii ki, belə siyasi ritorika bütün sferalarda əməkdaşlıq üçün yaşıl işıqdır və əlaqələr isə yalnız müdafiə sənayesi ilə kifayətlənmir. Cənab Hersoqun bu səfəri də məhz ikitərəfli gündəliyimizdə duran önəmli məsələlərin daha geniş dairəsini müzakirə etmək üçün önəmli imkandır. Eyni zamanda İsraildə Azərbaycan səfirliyinin artıq fəaliyyət göstərməsi, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıraraq daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. Müzakirələrin konturları isə bəllidir, cənab İlham Əliyevin qeyd etdiyi kimi, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri, habelə irriqasiya və kənd təsərrüfatı sahəsində əməkdaşlıq, təhsil, səhiyyə, ən nəhayət müasir dövrün əsas çağırışı olan kibertəhlükəsizlik sahəsində əməkdaşlıq. Təbii ki, Bakıda hər iki liderin ifadə etdiyi ali iradə bu sahədə əməkdaşlığın uğurunu öncədən təmin edir. Lakin Bakı təmasları elə qənaət yaratmamalıdır ki, İsraillə əməkdaşlıq birtərəfli xarakter daşıyır. İsrail Azərbaycanı qlobal oyunçu kimi qəbul edir. Cənab Hersoq Azərbaycan Prezidentinə xitabən açıq mətnlə ifadə etdi ki, "Siz atanızın yolunu davam etdirərək elə bir heyrətamiz ölkə yaratmısınız ki, bura bir çox məsələlərin mərkəzinə çevrilib".

 

Deputat qeyd edib ki, bərabərhüquqlu bu əməkdaşlıq ölkələrimizlə yanaşı bütövlükdə Qafqaz və Yaxın Şərq üçün yeni imkanlar açır:


“Azərbaycan-İsrail əməkdaşlığı bu gün regionda terror və təcavüz təhdidinin qarşısında əsas əngəllərdən biridir. Bu mənada İsrail Prezidentinin Bakıya səfəri və təmasları, tərəflər arasında imzalanan sənədlər iki ölkənin iradəsini ifadə etsə də, faydalılıq əmsalı dəfələrlə geniş arealı əhatələdiyinə görə qlobal xarakterə malikdir”. /hafta.az/

 

T.Qafarlı

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı