YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

16:26 22-05-2019 | icon 261 | Siyasət
YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

“Jurnalist Fuad Abbasov Rusiya ərazisində saxlanılmasına zəmin yaradacaq cinayət hadisəsi törətməyib”.

 

Versus.Az  “Report”a istinadən xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nəsib Məhəməliyev deyib.

YAP-çı deputat bildirib ki, vətəndaş cəmiyyətinin üzvləri, o cümlədən qeyri-hökumət təşkilatları, jurnalist qurumları bu məsələ ilə bağlı səslərini qaldırmalıdır:

 

“O, hər zaman Rusiya qanunlarına hörmətlə yanaşıb. Azərbaycanın mövqeyini Rusiya ictimaiyyətinə obyektiv çatdıran bir insandır. Təbii ki, Vətənini, millətini, dövlətini sevən hər bir azərbaycanlı ölkəsinin maraqlarına xidmət etməlidir. Çox təəssüflər olsun ki, qanı erməni qanına qarışmış və Azərbaycanın əleyhinə fəaliyyət göstərən bəzi azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə Fuad Abbasov saxlanılıb. Moskvada ermənilərin azərbaycanlıların adından danışması təhqiredicidir. Çünki Fuad Abbasov jurnalistdir. Onun istənilən hadisəyə öz baxışı və öz mövqeyi ola bilər”.

 

Deputat Diasporla İş üzrə Dövlət Komitəsini F.Abbasovu müdafiə etməyə çağırıb:

“Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov kifayət qədər vətənpərvər şəxsdir. Ümid edirəm ki, Fuad Abbasovun başına gələnlərlə bağlı Dövlət Komitəsi də öz mövqeyini qəti və açıq şəkildə ortaya qoyacaq. Çünki Fuad Abbasov öz müsbət hərəkətləri ilə hər zaman vətənpərvərliyini sübut edib. Ona görə də biz onu müdafiə etməliyik. Çox yaxşı olardı ki, Fuad Abbasov Rusiyada fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının birləşdirilməsi və koordinasiyası ilə məşğul olsun. Fuad Abbasova Azərbaycana deportasiya olunmazdan öncə hər hansı məsləhət verməyim düzgün sayılmaz. Onun deportasiya olunduqdan sonra burada hansı fəaliyyətlə məşğul olacağı öz istəyindən asılı olacaq”.

 

Qeyd edək ki, F.Abbasov mayın 18-də məhkəmənin qərarı ilə Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun mayın 28-də Azərbaycana deportasiya ediləcəcəyi gözlənilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

"4-5 müxalifət sədrinin iştirakı iqtidar-müxalifət dialoqundan xəbər vermir" - /VİDEO/

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

“Siyavuş Novruzov heç vaxt havadan söz söyləməz” - MÜSAHİBƏ

Türk Dünyası KİV-ləri Qənirə Paşayevadan yazdı

"İqtidarla əlaqəsi olan partiyanın böyük qərargahı olar"

5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb