“ABŞ bu “manevrlə” seçkiqabağı Azərbaycana təzyiq göstərməyə çalışır”

18:23 13-03-2018 | icon 599 | Siyasət
“ABŞ bu “manevrlə” seçkiqabağı Azərbaycana təzyiq göstərməyə çalışır”

“Separatçı rejimdən hər kəs öz məqsədləri üçün istifadə etməkdədir

Azərbaycan XİN-in verdiyi xəbərə görə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılıb, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.

Bu barədə Versus.az-a açıqlama verən politoloq Nəzakət Məmmədova bildirib ki, ABŞ bu “manevrlə” seçkiqabağı Azərbaycana təzyiq göstərməyə çalışır.

Politoloqun fikrincə, Azərbaycanın müstəqil siyasəti, Avrasiya inteqrasiyası layihələrində iştirakı Qərbin bəzi dairələrinə burada qızışdırıcılıq fəaliyyətinə imkan verməməsi bəzi dairələrin xoşuna gəlmir:

“Biz ABŞ dedikdə vahid bir dövləti nəzərdə tuturuq. Amma unutmayaq ki, ABŞ-da bir neçə güc mərkəzləri, qərarqəbuletmə mexanizminə təsir edən mərkəzlər var. Orada siyasi sistem elə təşkil olunub ki, qərar yalnız bir mərkəzdən verilmir, proseslər bir neçə mərkəzdən idarə olunur. Buna Ağ Ev, Konqres, Pentaqon, Dövlət Departamenti, lobbiçilik fəaliyyəti ilə məşğul olan qruplar, nüfuzlu beyin mərkəzləri aiddir. Hazırda həmin bu mərkəzlər arasında nüfuz savaşı gedir. Amerikanın son dövrlərdəki siyasətindəki təzadlar da bununla bağlıdır. Məsələn, Tramp Rusiya və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir, lakin Pentaqon buna mane olur və sair”.

N.Məmmədova bu mənada hesab edir ki, qondarma rejimin başında duran şəxsin ABŞ-a səfərini Amerikanın bütün siyasi elitası tərəfindən birmənalı şəkildə qarşılandığını demək olmaz:

“Bu orada fəaliyyət göstərən bir sıra erməni təşkilatlarının Konqresdə lobbiçilik fəaliyyətinin nəticəsidir. Erməni lobbisi Azərbaycan və Türkiyəyə qarşı daima fəal iş aparır. Onların bu təbliğatı o zaman müsbət qarşılanır ki, Azərbaycanın hansısa siyasi və iqtisadi, hərbi müstəqil addımları Amerikanı narahat edir. İndiyə qədər Azadlığı Müdafiə Aktına 907-ci düzəliş, Bakı-Tbilisi-Qars layihəsini ABŞ-ın maliyyələşdirməkdən imtina etməsi, separatçı rejimə hər il dövlət xətti ilə milyardlarla dollar yardım ayırması bu siyasətin nəticəsidir”.

Politoloq Azərbaycanda seçkiqabağı erməni lobbisinin təbliğatının "gücləndirilmiş rejim"ə keçdiyini, ABŞ-ın da bundan öz məqsədləri üçün istifadə etməyə çalışdığını önə çəkib:

“Bu, həm də Rusiyada keçiriləcək seçkilərlə bağlı ola bilər. ABŞ Qarabağ məsələsinin tək Rusiyanın monopoliyasında olmadığını, ermənilərlə işləmək potensialının olduğunu da nümayiş etdirmək istəyə bilər. Hər bir halda, separatçı rejimdən hər kəs öz məqsədləri üçün istifadə etməkdədir.

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI