XƏZƏRDƏ SUALTI ARXEOLOJİ TƏDQİQATLAR

18:39 13-03-2018 | icon 1535 | Sosial
XƏZƏRDƏ SUALTI ARXEOLOJİ TƏDQİQATLAR

“Sualtı arxeoloji ekspedisiya – 50, Viktor Kvaçidze - 85” – ELMİ SEMİNAR

“İnkar etmək olmaz ki, Bakı ölkəsində Bilgəh, Zirə, Bibiheybət və sair kəndlərdə və bəzi adalarda da daşlar üzərində dənizə dogru gedən araba yolları görünür. Bakı şəhərində Hacı Ağa Hüseyn oğlu Hacı Babanın otağının yerində quyu qazdıqları zaman dəniz səthindən aşağıda daşla döşənmiş bir yol çıxmışdır. Bakı ilə Səlyan arasında da, dəniz sahilində təxminən səkkiz coğrafi mil aralı, suyun altında böyük bir şəhər vardır”.
/
Abbasqulu Ağa Bakıxanov “Gülüstani-İrəm”/

Versus.az-ın məlumatına görə, bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi-fond şöbəsi və Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə “Sualtı arxeoloji ekspedisiya – 50, Viktor Kvaçidze - 85” adlı elmi seminar keçirilib. Seminarda 1968-1987-ci illərdə Xəzər akvatoriyasında geniş miqyaslı sualtı arxeoloji axtarışlar aparmış ekspedisiyanın fəaliyyəti və sualtı ekspedisiyaların təşəbbüskarı və rəhbəri Viktor Aleksandroviç Kvaçidzenin həyat və elmi yaradıcılığına həsr olunmuş məruzə ilə MATM Arxeologiya elmi-fond şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə çıxış edib.

Xəzər dənizi dünyada ən böyük qapalı su hövzəsidir. Əsrlər boyu Xəzərin sahilləri dəfələrlə dəyişərək, Dünya okeanı ilə əlaqəsini itirmişdir. Su səviyyəsinin enib-qalxması Xəzər üçün səciyyəvidir. Bu dənizin transqressiyası və reqressiyası alimləri həmişə narahat edib. Marino Sanutonun 1320-ci il xatirələrinin üzərində “dənizin səviyyəsi hər il bir ovuc artır, artıq bir çox yaxşı şəhərlər su altında qalıb” olan yazı bir çox alimləri sualtı tədqiqatlara cəlb etsə də, Xəzər dənizinin Azərbaycan sahilində ilk arxeoloji tədqiqatlar aparan və Azərbaycan Tarixi Muzeyinin tarixçi-arxeoloqu Viktor Kvaçidze oldu O, ətrafına sualtı arxeologiya ilə maraqlanan arxeoloqları ətrafına toplayaraq, ilk ekspedisiyanına rəhbərlik etdi. Beləliklə, 1968-1987-ci illərdə Xəzərin Azərbaycan sahili boyunca və Plita Poqorelaya, Pavlov və Kür sualtı bankələrinin, eləcə də Bulla, Oblivnoy, Səngi Muğan,Böyük və Kiçikdaş adalarının, Pirsaat silsiləsinin , Abşeronun Amburan brnunun, Gürgan və s. Azərbaycan akvatoriyası sualtı abidələrinin tədqiqi üçün arxeoloji ekspedisiyalar təçkil olundu.

1970-ci ildə ekspedisiya Nord-Ost Kultuk ərazisində kəşviyyat axtarışları başlandı. Arxeoloji işlər nəticəsində Xəzərin dibindən tarix elmi üçün çox vacib olan və hazırda Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında nümaiş olunan və həmçinin Arxeologiya elmi-fond şöbəsində qorunan müxtəlif dövrlərə aid minlərlə əşyalar - sikkə, saxsı qablar, silah, lövbər daşlar və dəmir lövbərlər, freskalar, ocaq yerləri və s. tapılmışdır.

Tədbirdə həmçinin AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Orta əsrlər arxeologiya şöbəsinin müdiri t.ü.f.d., professor Tarix Dostiyev, Arxeoloji xidmət şöbəsinin müdiri t.ü.f.d. Qoşqar Qoşqarov çıxış edərək, Viktor Kvaçidze haqqında xatirələrini bölüşdülər.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı isə Viktor Kvaçidzenin muzeydə apardığı ictimai fəaliyyətini, onun çox səmimi, mehriban, dostsevər olduğunu xatırlayaraq, muzey işçilərinin qəlbində əbədi yaşayacağını bir daha vurğuladı.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi