Dağlıq Qarabağa qanunsuz səfər edən Kuznetsov mağaradan şəkillər paylaşıb

11:26 23-05-2019 | icon 523 | Qarabağ
Dağlıq Qarabağa qanunsuz səfər edən Kuznetsov mağaradan şəkillər paylaşıb

Rusiyalı səyyah və blogger Vitali Kuznetsov Azərbaycanın işğal altındakı Xocavənd rayonu ərazisinə gedərək, oradakı qədim Azıx mağarasında olub.

 

Versus.Az modern.az-a istinadən xəbər verir ki, Dağlıq Qarabağa qanunsuz səfər edən Kuznetsov mağaradan şəkillər paylaşıb.

 
Xatırladaq ki, erməni işğalçıları zaman-zaman Azıx mağarasında qanunsuz tədqiqat işləri aparıblar. Hətta bu işlərə xaricdən olan alimlər də cəlb edilib.



Elə bu səbəbdən də Azərbaycan Baş Prokurorluğu 2017-ci ildə erməni silahlı birləşmələrinin nəzarətində olan Dağlıq Qarabağdakı Azıx mağarasında tədqiqatlar aparan Ermənistan, İspaniya və Böyük Britaniya alimlərinə cinayət işi açıb.

 

Onlar təqsirləndirilən şəxslər qismində cəlb olunmaqla məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək barələrində beynəlxalq axtarış elan olunması üçün İnterpol-a müvafiq sorğu göndərilib.

 

2008-ci ildə Azərbaycan Mədəniyyət  Nazirliyi bəyan etmişdi ki, Azıx mağarasında qanunsuz tədqiqatlar “Silahlı münaqişə zamanı mədəni dəyərlərin saxlanması haqqında” Haaqa Konvensiyasına, “Arxeoloji dəyərlərin qorunması haqqında” Avropa Konvensiyasına, UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına ziddir.

 

2016-cı ilin noyabrında Azərbaycan XİN Azıx mağarasında tədqiqatlar aparan arxeoloqlar qrupunu “qara siyahı”ya daxil edib.

Azıx mağarası Xocavənd rayonunda Azıx kəndi yaxınlığında altı mağaradan ibarət kompleksdir.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...