"Eyni cəsarəti nümayiş etdirib ən azı həmin rayonları azad etməliyik"

14:45 23-05-2019 | icon 506 | Geopolitika
"Eyni cəsarəti nümayiş etdirib ən azı həmin rayonları azad etməliyik"

"1993-cü ildə Azərbaycanda baş verən hakimiyyət dəyişikliyindən istifadə edən Ermənistan Qarabağ ətrafındakı beş rayonu heç kimə əhəmiyyət verməyərək işğal etdi. İndi eyni cəsarəti biz nümayiş etdirib ən azı həmin rayonları azad etməliyik. Əlbəttə bu məsələdə Rusiya ilə anlaşa bilsək, daha yaxşı olar".

 

Versus.Az xəbər verir ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə verdiyi açıqlamada bildirib. 

Ermənistanda baş verən son hadisələri təhlil edən Q.Həsənquliyev bildirib ki, Paşinyanın hakimiyyətə yolu, Rusiya tərəfindən qərbyönümlü siyasəti iflasa uğratmaq üçün açılıb.

"Çünki Ermənistanda qərbyönümlü siyasət tərəfdarları xeyli artmışdı. Paşinyan isə çılğın və təcrübəsiz olduğu üçün həmin qüvvələrin lideri kimi işə çox yarayırdı. Rusiyda başa düşürdülər xalq arasında nüfuzunu tam itirmiş baş nazir Sarkisyandan sonra yeni və etibarlı adamlarını hakimiyyətə gətirmək üçün qərbyönümlülər hakimiyyətə gəlib iflasa uğramalıdır. Paşinyan isə bu missiyanı uğurla həyata keçirəcək. Ermənistan kimi ölkələrdə hakimiyyəti dəyişmək üçün iki faktor önəmlidir. Birincisi güclü dövlətlərdən hər hansı biri həmin ölkədə hakimiyyətin dəyişməsində maraqlı olduğunu açıq nümayiş etdirir ki, xalq bundan ruhlansın. İkincisi, siyasi fəaliyyət üçün böyük məbləğdə pillar ortaya çıxarılır. Ermənistanda Köçəryanın həbsindən sonra Rusiya açıq öz narazılığını ifadə etdi. Pulu isə kənardan gətirməyə ehtiyac yox idi. Paşinyanın narazı salıb, tam siyasətdən uzaqlaşdıra bilmədiyi oliqarxların pulları kifayətdir".

Q.Həsənquliyev qeyd edib ki, Paşinyanın Qarabağ məsələsində sələflərindən daha sərt mövqe sərgiləməsi və hakimiyyətdə ola-ola xalqı dövlət hakimiyyətinin müstəqil qanadı olan, Köçəryanı azad etmiş məhkəmələrin fəaliyyyətini iflic etməyə çağırması onun nə qədər emosional və kal birisi olduğunu bir daha təsdiq etdi.

"Müasir dövlət qurmaq üçün şüurlu surətdə çətinliklərə hazır olmayan xalq isə inqilabdan dərhal sonra gözlədiyi möcüzənin baş vermədiyini görüb Paşinyanın çağırışı ilə küçələrə axışmadı. Bu Paşinyanı nə qədər məyus etdisə, onun rəqiblərini bir o qədər ruhlandırdı. Paşinyanın hakimiyyətdən qovulması zaman məsələsidir. Yaxşı olar ki, milli maraqlarımız naminə biz bu prosesdə iştirak edək".

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF