"Gürcüstanın ABŞ-la hərbi sahədə olduqca sıx əməkdaşlığı var"

 

15:12 23-05-2019 | icon 372 | Dünya
"Gürcüstanın ABŞ-la hərbi sahədə olduqca sıx əməkdaşlığı var"
 

“Perspektivdə Gürcüstanda ABŞ hərbi bazalarının olmasını alqışlayıram”.

 

Versus.Az xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Levan İzoria “Amerikanın səsi” radiosunun gürcü dili redaksiyasına müsahibəsində deyib.

 

O, prezident Salome Zurabaşvilinin ABŞ-ın hərbi bazasının Gürcüstan ərazisində yerləşdirilməsinin məqsədəuyğun olmaması ilə bağlı fikrini şərh etməkdən imtina edib.

 

Nazir bildirib ki, Gürcüstanın ABŞ-la hərbi sahədə misli görünməmiş və olduqca sıx əməkdaşlığı var: “Strateji tərəfdaşımızla əməkdaşlıq əhəmiyyətli uğurlarla davam edir. Bu ilin sonunda Gürcüstan və ABŞ arasında çərçivə sazişi imzalanacaq və bu da hərbi əməkdaşlığı daha da dərinləşdirəcək”.

 

Qeyd edək ki, bu ayın əvvəlində Gürcüstan Prezidenti Salome Zurabaşvili “Amerikanın səsi”nin gürcü dili redaksiyasına müsahibəsində ABŞ-ın hərbi bazasının Gürcüstan ərazisində yerləşdirilməsi məqsədəuyğun hesab etmədiyini bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…