"Meydançada gənc gimnastları görəcəyik"

15:20 23-05-2019 | icon 444 | İdman
"Meydançada gənc gimnastları görəcəyik"

Versus.Az yerli mediaya istinadla xəbər verir ki, qitənin 22 ölkəsindən ən güclü aerobika ustaları üç gün ərzində öz güclərini sınayacaq.

 

22 ölkədən 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin, aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaq. Bu yarışda erməni əsilli bacı-qardaşlar da iştirak edəcək. Söhbət Qarsevan və Duxik Canazyanlardan gedir. Bu iki ailə üzvü Rusiya millisinin üzvləri sayılır. Onların burda iştirakı bir daha onu göstərir ki, idman siyasətdən çox aralıdır.

Bu, həm də rəsmi Bakının erməni futbolçu Henrix Mxitaryanın son günlər Bakıya gəlməməsi yönündə süni şəkildə qabardılmış məsələlərə bir tutarlı cavabı kimi də qiymətləndirilə bilər.

Yeri gəlmişkən, ölkəmizi bu çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcək.

Artıq bütün komandaların toplaşdığı arenada iki gündür rəsmi məşq toplanışları keçirilir. Sabah saat 12:00-da start götürəcək çempionatda isə ilk olaraq, meydançada gənc gimnastları görəcəyik. Sonrakı gün qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaq. Yarışların son günü isə final mərhələlərində Avropa çempionlarının adları açıqlanacaq.

Gimnastika yarışlarının daimi tamaşaçılarını isə bu çempionatda da çox maraqlı və qeyri-adi bir açılış mərasimi gözləyir. Bu dəfə onlar 16:00-dan etibarən “Gimnastika Planeti”nə qonaq olaraq, ecazkar şounun bir hissəsinə çevriləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin