ATƏT-in Minsk qrupu əsirlərlə bağlı təklif hazırlayıb

15:45 23-05-2019 | icon 416 | Qarabağ
ATƏT-in Minsk qrupu əsirlərlə bağlı təklif hazırlayıb

ATƏT Minsk qrupunun həmsədrləri mayın sonunda regiona səfəri zamanı əsirlərlə bağlı məsələ üzrə təklifləri Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə təqdim edəcək.

 

 

Versus.Az trend-ə xəbər verir ki, bunu  nazir Sergey Lavrovun "münaqişə zonalarında etimad mühitinin qurulması vasitəsi kimi əsirlərin hamının hamıya prinsipi ilə dəyişdirilməsi" və bunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına proyeksiyası barədə bəyanatı ilə bağlı Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Nazirlikdən xatırladıblar ki, 2010-cu ilin oktyabrında Həştərxanda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü zamanı hərbi sahədə etimad tədbirlərinin möhkəmləndirilməsi məsələləri müzakirə olunub:

"Bu məqsədlə ATƏT Minsk qrupunun həmsədrləri və Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşma əldə olunmuşdu. Bakı və Yerevan gələcəkdə bu yanaşmanı rəhbər tutmaq barədə razılıq əldə ediblər. Hesab edirik ki, bu razılaşma öz aktuallığını qoruyur. Əsirlərin dəyişdirilməsi ilə bağlı məşvərətlər davam edir".

Rusiya XİN-dən bildiriblər ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Moskvada keçirilmiş görüş zamanı, tərəflərin ərazilərində girovluqda olan şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində onları qohumlarının qarşılıqlı əsasda ziyarət etməsi ilə bağlı tədbirlər görmək üçün hazır olduqlarını təsdiq ediblər:

"ATƏT Minsk qrupunun həmsədrləri bununla bağlı müvafiq təkliflər hazırlayıb və bu təklifləri bu ayın sonunda tərəflərə təqdim edəcək".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...