Gallup: Erməniləri Qarabağ problemi az maraqlandırır
Amerikanın "Gallup İnternational Association" tədqiqat şirkətinin Ermənistan vətəndaşları arasında apardığı sorğuda ölkənin daha vacib problemləri aydınlaşdırılıb.
Versus.Az trend-ə istinadən bildirir ki, sorğu nəticəsində məlum olub ki, Ermənistan vətəndaşlarının 45%-i ölkə üçün əsas problemin işsizlik olduğunu söyləyir. Yerdə qalan apponentlər, yəni 40,5% vətəndaş ölkənin iqtisadi durumunu önə çəkib. Rəyi soruşulanların 26,8% aşağı pensiya və əməkhaqlarını Ermənisatnın əsas problemi adlandırıb.
Sorğuya görə, yalnız bu problemlərdən sonra Dağlıq Qarabağ münaqişəsini ölkə üçün 4-cü yerdə duran problem kimi qeyd ediblər. Rəyi soruşulanların yalnız - 26,1% Dağlıq Qarabağ münaqiəsini Ermənistan üçün əsas problem olaraq görüb.
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...