Azərbaycanı çempionatda 17 idmançı təmsil edəcək 

16:36 23-05-2019 | icon 454 | İdman
Azərbaycanı çempionatda 17 idmançı təmsil edəcək 

Aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatında iştirak edən Azərbaycan gimnastları yarışa böyük məsuliyyətlə hazırlaşır.

 

Versus.Az Trend-ə istinadən bildirir ki, bunu aerobika gimnastikası üzrə Azərabycan milli komandasının baş məşqçisi Marian Kolev deyib.

 

O bildirib ki, komanda Avropa Çempionatına çoxdan hazırlaşır:

 

"Biz öz məsuliyyətimizi başa düşürük və anlayırıq ki, hər kəs bizdən yaxşı nəticə gözləyir. Ümid edirik ki, komandamız Azərbaycanı layiqincə təmsil edəcək. Əvvəlcədən şanslarımız barədə danışmaq istəmirəm. Biz hazırlaşmışıq və mən inanıram ki, yarışda yaxşı yerlər tuta biləcəyik".

 

Baş məşqçi vurğulayıb ki, Azərbaycanı çempionatda 17 idmançı təmsil edəcək:

 

"Gənc idmançılar aero-dans proqramında çıxış edəcək, komanda 6 nəfərdən ibarətdir. Böyük idmançılar qadınlar (iki gimnast) və kişilər (iki gimnast) proqramında çıxış edəcək. Bundan başqa, komandamız qarışıq cütlər, trio, qruplar və aero-dans proqramlarında iştirak edəcək".

 

M.Kolev əlavə edib ki, aerobika gimnastikası Azərbaycanda fəal inkişaf edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol