"Məktəbəqədər təhsilə daha çox diqqət yetirməliyik"

18:10 23-05-2019 | icon 637 | Təhsil
"Məktəbəqədər təhsilə daha çox diqqət yetirməliyik"

Qənirə Paşayeva: "Ölkəmizdə məktəbəqədər tərbiyə müəssisələri yenidən qurulur, müasir uşaq müəssisələrinin inşası davam edir"

 

Millət vəkili Qənirə Paşayeva Tovuzun Xatınlı, Qədirli, Düz Cırdaxan kəndlərində uşaq bağçalarını ziyarət edib.

 

Versus.Az-ın məlumatına görə, Qənirə Paşayeva Xatınlı, Qədirli, Düz Cırdaxan kəndlərində uşaq bağçalarında aparılan təmir-bərpa işləri, yaradılmış şərait, bağçalarda görülən işlərdən sonra uşaqlar üçün yaradılan şəraitlə tanış olub.

 

"Məktəbəqədər təhsilə daha çox diqqət yetirməliyik" deyən millət vəkili Xatınlı, Qədirli, Düz Cırdaxan kəndlərində uşaq bağçalarında bir müddət əvvəlki ağır vəziyyətinə toxunub:

 

"Hamımızın müraciətini nəzərə alaraq, Xatınlı, Qədirli, Düz Cırdaxan kəndlərindəki uşaq bağçalarında təmir-bərpa işlərinin aparılması, təchizatın yaxşılaşdırılması, bağçalarda uşaqlar və tərbiyəçilər üçün normal şəraitin yaradılması üçün bizim - tovuzluların xahişini nəzərə alaraq bu işlərin görülməsinə dəstək olan cənab Prezident başda olmaqla bütün qurum və təşkilatlara təşəkkür edirik. Dövlət başçımız İlham Əliyevin və ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın məktəbəqədər təhsil ocaqlarına diqqət və qayğısını xüsusi vurğalamaq lazımdır. Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində ölkəmizdə çox mühüm layihələr həyata keçirilir".

Uşaqların təlim-tərbiyəsində məktəbəqədər təhsilin önəmini qeyd edən Q.Paşayeva bildirib ki, olkəmizdə məktəbəqədər tərbiyə müəssisələri yenidən qurulur, müasir uşaq müəssisələrinin inşası davam edir.

Millət vəkili bağçalarda uşaqlarla görüşüb, onlarla ayrıca söhbət edib, hədiyyələr təqdim edib. Qənirə xanım eyni zamanda bağçalarda çalışan tərbiyəçi, müəllimlər və texniki işçilərlə də görüşüb, söhbət edib, qayğıları ilə maraqlanıb. Onlara müqəddəs Ramazan ayında bütün dualarına çatmalarını diləyib, fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşün sonunda millət vəkili müəllifi olduğu kitabları və hədiyyələr təqdim edib.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI