Fuad Abbasovla bağlı Putinə müraciət edilib
Fuad Abbasova qarşı Moskvada törədilmiş zorakılıq hadisəsi ilə bağlı ictimai müzakirə keçirilib
Dünən Beynəlxalq Diaspor Mərkəzi və İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin birgə təşəbbüsü ilə Azərbaycanlı jurnalist Fuad Abbasova qarşı Moskvada törədilmiş zorakılıq hadisəsi ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində ictimai müzakirə keçirilib.
Versus.Az-ın məlumatına görə, BDM sədri İsmayıl Ağayev tədbiri giriş sözü ilə açaraq Fuad Abbasova qarşı həyata keçirilən təzyiqdən danışıb, müəyyən addımların atılmasının zəruri olduğunu bildirib.
Tədbirdə iştirak edən Fuad Abbasovun anası Billur xanım çıxış edərək Fuadın hüquqlarının qorunmasının vacib olduğunu bildirib. Qeyd edib ki, Fuad Abbasov təkcə anasının yox, bütün Azərbaycan xalqının övladıdır.
Daha sonra tədbirdə çıxış edən İSBAM sədri Samir Adıgözəlli Moskvada Fuad Abbasova qarşı törədilən hərəkətlərin beynəlxalq hüquq normalarına zidd olduğunu deyərək, bütün Azərbaycan cəmiyyətini onu müdafiəyə çağırıb.
Beynəlxalq İnsan Hüquqları Müdafiə Komitəsinin Asiya Departmentinin rəhbəri Firdovsi Ələkbərov çıxışında Fuada qarşı törədilən qanunsuz əməlləri əhatə edən faktların beynəlxalq təşkilatlara çatdırılmasının vacibliyini qeyd etdi.
İSBAM sədrinin müşaviri Yasəmən Möhübbətqızı çıxış edərək Fuad Abbasova qarşı törədilən qanunsuz əməllərin arxasında erməni izinin durduğunu vurğulayıb.
Daha sonra müzakirələrdə ictimai fəallar Rizvan Talıbov, Mərcan Şahbuzlu, Elçin Axundzadə, İsmayıl Zalov, Arif Məhərrəmov, Talıb Əhədov, Rəşid Mahmudov, Ramin Hacılı, Rəsmiyyə Aydın, Çingiz Bayramov, Kəmalə Musazadə, Yeganə Məmmədova və başqaları çıxışlarında Fuad Abbasova qarşı rus polisi tərəfindən həyata keçirilən qanunsuz əməlləri qınayıblar.
Tədbirin sonunda Fuad Abbasovun atası Malik Abbasov oğlunun müdafiəsinə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Sonda tədbir iştirakçıları adından Rusiya prezidentinə, Rusiya ombudsmanına müraciətlər qəbul edilib.
LƏMAN
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"