Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi

16:27 24-05-2019 | icon 79 | Cəmiyyət
Təhsil Nazirliyi Baş Prokurorluğa müraciət etdi

Təhsil Nazirliyi kütləvi informasiya vasitələrində təhsil işçilərinin şərəf və ləyaqətinin alçaldılmasını əks etdirən müxtəlif materialların yayımlanması faktı ilə əlaqədar materialları Baş Prokurorluğa və Mətbuat Şurasına təqdim edib.

 

Versus.Az xəbər verir ki, Təhsil Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, son günlər kütləvi informasiya vasitələrində təhsil işçilərinin şərəf və ləyaqətinin alçaldılmasını əks etdirən müxtəlif materiallar yayımlanır:

 

"Belə ki, 22 may 2019-cu il tarixində bəzi xəbər saytlarında Cəlilabad rayonu Uzuntəpə kənd 3 nömrəli tam orta məktəbin müəllimi Aqil Əzizovun guya yeniyetmə şagirdə sataşdığı üçün döyülməsini əks etdirən səsli videogörüntü yayımlanıb.

 

Yayılan videogörüntüdə insanın şərəf və ləyaqətini açıq-aydan alçaldan hərəkətlər nümayiş etdirilmiş, müəllim yarıçılpaq vəziyyətdə göstərilərək onun barəsində etikaya zidd olan kobud ifadələr səsləndirilib bir neçə nəfərin qrup şəklində müəllim üzərində zorakılıq hərəkətləri təsvir edilib.

 

Həmin gün Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata əsasən hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, aparılmış araşdırma zamanı müəllim tərəfindən yeniyetmə şagirdə sataşmaq məsələsi öz təsdiqini tapmayıb, hadisəni törətməkdə təqsirli bilinən Şakir Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər iştirakçıların məsuliyyət məsələsinə baxıldığı bildirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

713-ün Laçında düzənlədiyi parad

"Bu, islahat deyil, utancverici göstəricidir"

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bəs Əli Kərimli niyə susur?"

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Qəbrin nurla dolsun şəhidim...

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Qızlarınızın dizini sındırmayın