ADU-da seminar keçirilib
Azərbaycan Dillər Universitetindən (ADU) Versus.Az-a verilən məlumata görə, ADU-da “Səmavi dinlər” sərgisi və “Azərbaycanda dinlər və multikultural yanaşma” adlı seminar keçirilib.
Tədbirdə İsrail Dövlətinin Səfirliyinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, ADU Multikulturalizm ETL-nın nümayəndələri, müəllim və tələbələr iştirak ediblər.
“Dinlər tarixinə giriş”, “Azərbaycanda yəhudilik” mövzularında məruzələr oxunub. Seminarda t.ü.f.d. Əli Fərhadov “XIX-XX əsrin əvvəlləri Azərbaycanda islam” mövzusunda slaydın müşayiəti ilə məruzə ilə çıxış edib.
O, multikulturalizmin əsasını təşkil edən tolerantlığın Azərbaycanda həyat fəlsəfəsi olduğunu qeyd edib. Azərbaycanın tarixən müxtəlif dinlərin və millətlərin nümayəndələrinin vətəni olduğu, orta əsrlərdə islam və digər din mənsublarının qarşılıqlı hörmət içində yaşaması haqqında məlumat verib. Həmçinin mütərəqqi din xadimlərindən, Cənubi Azərbaycanda babilik hərəkatından geniş bəhs olunub. Dünyada din adından sui-istifadə hallarına da diqqət çəkilib.
Əli Fərhadovun “Şimali Azərbaycanda islam maarifçiliyi hərəkatı (XIX-XX əsrin əvvəlləri)” monoqrafiyasının da təqdimatı keçirilib, universitetə hədiyyə edilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, sertifikatlar verilib.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...