Aerobika gimnastikası üzrə Azərbaycan komandası: Hər şey yaxşı keçdi

17:16 24-05-2019 | icon 94 | İdman
Aerobika gimnastikası üzrə Azərbaycan komandası: Hər şey yaxşı keçdi

Aerobika gimnastikası üzrə Avropa çempionatında gənclər arasında aero-dans proqramında iştirak edən Azərbaycan komandası öz çıxışından razıdır.

 

Versus.Az Trend-ə istinadla xəbər verir ki, bunu finala yüksəlmiş gimnastlar deyib.

Gimnastlar hərəkətləri çox yaxşı yerinə yetirdiklərini bildirib:

“Hər şey yaxşı keçdi. Biz gözəl hisslər keçiririk. İnana bilmirik ki, buz bunu edə bildik. Aerobika gimnastikası üzrə Avropa çempionatı Bakıda ilk dəfə keçirilir. Biz məsuliyyəti tam başa düşürdük və bilirdik ki, layiqli nəticə göstərməliyik”.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.

Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

 

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

24-26 may tarixlərində keçirilən çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələri baş tutacaq.

Ölkəmizi çempionatda böyüklər arasında Elçin Məmmədov, Mədinə Mustafayeva, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, İmran İmranov, Nigar İbrahimbəyli, Akif Kərimli, gənclərin yarışında isə Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova təmsil edəcəklər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qiraətçi Məleykə Alıoğlunu Universitetdən niyə uzaqlaşdırdılar?! - ŞİKAYƏT /VİDEO/

Müstəqilliyimizi rusa-erməniyə satan xainləri Fəxri Xiyabanda əzizləyirik

"Ayrı-seçkilik yaxşı deyil və gərək nəticəsinə də qatlanasan"

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

"Bu ayrıseçkilik göstərir ki, hakimiyyət səmimi deyil"

6 rayon Təhsil Şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb

“Revmatik qızdırma ürəyi zəbt etmədən onu müalicə etmək lazımdır”

"4-5 müxalifət sədrinin iştirakı iqtidar-müxalifət dialoqundan xəbər vermir" - /VİDEO/

"Dialoqun mövzusu, dialoqa çağıran şəxsin səlahiyyəti olmalıdır"

AŞPA prezidenti və məruzəçinin səfərindən gözləntilər

“Avropa Birliyi yaxın gələcəkdə dağılacaq”

“Siyavuş Novruzov heç vaxt havadan söz söyləməz” - MÜSAHİBƏ

Türk Dünyası KİV-ləri Qənirə Paşayevadan yazdı

"İqtidarla əlaqəsi olan partiyanın böyük qərargahı olar"

5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb