Fuadın deportasiyası bizim itkimizdir…

22:48 24-05-2019 | icon 463 | Cəmiyyət
Fuadın deportasiyası bizim itkimizdir…

Onu yalançı vətənpərvərlər sevə bilməzdi

 

ELMAN ELDAROĞLU

/ABŞ, Miçiqan/

 

Növbəti yazılarımdan birini Azərbaycan naminə gördüyü işlərə görə Fuad Abbasova həsr etməliydim. “Messenger”də danışıb “WhatsApp” nömrəsini də almışdım. Vaxt təyin edib şəxsi məlumatlarını götürməyə hazırlaşırdım, qismət olmadı. Bu gün həbsdə olduğu bir zamanda onun barəsində düşündüklərimi sizinlə bölüşmək istəyirəm.

 

Bəli, Fuad həbs olunmamışdan öncə ona qarşı çıxanların arasında azərbaycanlılar da az deyildi. Kimisi onu şəxsi maraqları naminə dələduzluqda suçlayır, kimisi də ermənilərə işlədiyini iddia edib, onu gözdən salmağa çalışırdı. Amma Fuad sözün əsl mənasında bir vətənpərvər kimi həm sapı özümüzdən olan baltalarla və həm də ermənilərlə vuruşurdu.

 

Çox zaman belə olub, necə deyərlər, arxalı köpək qurd basar. Fuad da bu döyüşdə məğlub oldu. Tezliklə vətənə deportasiyası nəzərdə tutulur. İndi Fuad Abbasova xalq dəstək göstərsə də, bu çox azdır. Bəlkə Azərbaycan dövləti səviyyəsində müdafiə edilsə deportasiya qərarı ləğv olunar. Ən azı ona görə ki, o, bir Azərbaycan vətandaşı kimi Rusiyada ictimailəşmiş soydaşlarımızdan biridir. Yaratdığı “YouTube” kanalında, Rusiyanın bəzi televiziya proqramlarında ermənilərə qarşı fəal mübarizə aparırdı. Əlbəttə ki, onu ermənilərlə iş ortağı olan, milli düşmənlərimizlə üz-üzə gələndə danışmağa cəsarəti çatmayan yalançı vətənpərvərlər sevə bilməzdi. Özüm şahidi olmuşam, Rusiyada Azərbaycan diasporunun tanınan simalarından biri televiziyada çıxışı zamanı rusiyalı tamaşaçılara çatdırmağa çalışırdı ki,- ”Erməni xalqı ilə bizim heç bir davamız yoxdur. Biz Ermənistan hökumətinə qarşı mübarizə aparırıq”...
Soruşanda da bunu onunla izah edir ki, guya ictimai şəkildə ermənilərin düşmən olduğunu iddia etmək cinayət əməlidir. Yaxşı, bu belədirsə heç olmasa birinci cümləni də ifadə edib, özünü nankor vəziyyətinə qoyma…

 


Amerikada onlarla buna bənzər hadisənin şahidi olmuşam. Ermənilərlə canbir qardaş kimi rəftar edən soydaşlarımız burada da az deyillər. Onlara irad tutanda da adamdan inciyir, ünsiyyətdən qaçırlar.

 

Nə isə, gəlin etiraf edək ki, yuxarıda qeyd etdiyim çıxış yolundan başqa Fuadı bu bəladan qurtarmağın heç bir yolu yoxdur. Bütün hallarda vətənə deportasiyası gözlənilir. Rusiyada ikinci bir Fuadın yetişməsindən ötrü isə bizə vaxt lazımdır. Axı “dəli ürəkli” insanlar hər zaman yetişmir. Hamı Fuad Abbasov ola bilməz…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqda davam edir”

Qardaş ölkə və strateji tərəfdaş

Xarici kəşfiyyat orqanlarının şəbəkələri AKTİVLƏŞİB

“Azərbaycana qarşı qərəzli mövqeləri ilə Ermənistanı şirnikləndirmək istəyirlər”

“Makronda beynəlxalq hüququ dəstəkləyən siyasi şüur yetərli deyil”

“Müqavilənin vaxtı bitib” adı altında işdən azad olunanlar...

"Həmən 80 manat cərimələmək doğru yanaşma deyil"

"Laçınsız günlər" xatirə gündəlikdən - 1988-ci ilin noyabr ayı

Prezidentin XI Qlobal Bakı Forumunu əhəmiyyətli edən çıxışı

MMP Parlament partiyası ola bilər

MDU və AHBVÜ-nün təşkilatçılığı ilə 5-ci beynəlxalq elmi konfrans keçiriləcək

“Koroğlu”dakı Nəqliyyat Mübadilə Mərkəzi söküləcək?

Rusiya Fransanı ciddi qəbul etmir?

Fransanın başqa dövlətlərdə gərginlik yaratmaq SSENARİSİ

Ramazan ayının dördüncü gününün imsak, iftar və namaz vaxtları