“Cinayətkar” olacamsa, nə mutlu mənə

10:26 25-05-2019 | icon 1554 | Köşə
“Cinayətkar” olacamsa, nə mutlu mənə

Sizin kimi "humanizm" ifrazatçılarına mənim kimi "cinayətkardan" cavab

 TAHİRƏ QAFARLI

 

Partizan hərəkatı yaratmaq istəyirəm. Bu hərəkatın istiqaməti - OXU, Qarabağa tuşlanıb. Düşmənə müharibə elan etmədən, yatıb, yoxsa durmasını, səhər qəhvəsini içib-içmədiyini öyrənmədən, hətta "humanistlərin" "qəzəbinə" gələcəyimi düşünmədən gözlənilməz həmlələr edəcəyəm. Müharibənin taktiki qaydalarından biri də budur zatən, gözlənilmədən, düşmən mövqelərini darmadağın etmək - öldürmək...

 

Amma ilahi məqsədim öldürmək deyildi, əsla! Mənim ana torpağımda insanlar paylaşmağı sevər, insanları sevər, hətta erməni olsa belə... Amma bu gün qarşımda duran ilk məqsədim sadəcə və sadəcə torpağımı işğaldan azad etmək, düşmənin torpağımda apardığı soyqırımların qisasını almaqdırsa, bu yolda qarşıma çıxan öləcək. Əsla, gözünüzdə qaniçən, terrorçu, resedivist, uşaq, qoca, qadına təcavüz edən erməni cinayətkarını canlandırmayın, qətiyyən! Artıq məndən Xocalıda dərisi soyulan, beyni deşilən 76 günahsız uşağın, yüzlərlə qadının, qocanın qanının töküldüyü, külünün sovrulduğu yerdə, erməninin üzərində bağçalar, məktəbkər salıb pərvaz etdiyi torpağımda humanistlik etməmi gözləməyin! Lütfən, bu anlamsız düşüncənizlə terror etməyin bu məmləkətin insanlarına!

 

...Amma yox, siz ey özünü unudan, ruhunu "satana”ya satan cənab "humanistlər", əlinizə, düşüncənizə silah alıb mənimlə "döyüşə" getmək əvəzinə, qınına çəkilib, əlinə qələm alıb məni ittiham edən "danos" yazmaq istəyəcəksənsə, dayan! Və o şeytan səsini qısalt! Unutma ki, sən bu korluğunla, ədalətsizliyinlə dünyaya humanizm ideyası verə və indiki zamanda manqurt adını almaqdan o tərəfə keçə bilməzsən. Çünki qarşınızda torpaqları erməni quldurları tərəfindən 27 ildir ki, işğal olunan, qızları, oğlanları, anaları, uşaqları, körpələri zorlanıb diri-diri yandırılan Azərbaycanın heç də qan tökməyi sevməyən, ən sühsrvər vətəndaşı dayanıb. Sən ona humanistlik, ədalət dərsi verə bilmərsən. Çünki nə yeridir, nə zamanı... Çünki sizlərin 27 ildir ki, verdiyiniz bu "humanistlik" dərsi artıq ağlı başında olan, bir azca da olsa mənliyi, kimliyi olan insanlardan cinayətkar törətməyə hesablanıb. Siz yersiz "humanizm" adı ilə millətin soyunu kəsməyi planlamısınız. Bu planda böyük güclərin və onun millətin içərisində şeytan “kisələrində" yetişdirdikləri bicləri daha qorxulu, daha ürəkbulandırıcı, daha təhlükəlidir. Çünki "onlar" içimizdən seçilən, zahirən bizdən fərqlənməyən, istədiyi an bizi zəhərləyə biləcək bu millətin manqurt balalarıdır.

 

27 ildir ki, torpaqlarımız işğalda və o işğalların soyqırımlar hesabına baş verməsi, hələ də qadınlarımızın girovluqda olması, hələ də öz kəndinə əzizinin qəbrini ziyarətə gedərkən erməni quldurları tərəfindən tutulan Dilqəmlə Şahbazın etməni əsirliyində çəkdiyi zülmlər "böyük humanistlərin", "demokratiya ifrazatçılarının" vecinə də deyil. Bir dəfə də olsun, bu qatı cinayətkarlara dedilərmi ki, niyə başqasının torpağına girib terror edirsən?! Bir dəfə dedilərmi ki, NİYƏ Xocalıda ailələrin kökünü kəsib soyqırım etdin. Bir dəfə də olsun, erməni qaniçənə, işğalçısına, terrorçusuna dedilərmi ki, sən hansı haqla Şuşada yallı gedib, Xocalıda, Laçında məktəblər, bağçalar salırsan? Niyə onlara demirlər ki, müharibə bitməyib, sənin o bağçalara, məktəblərə göndərdiyin uşaqlar işğal etdiyin torpaqdadır. Niyə düşünmürlər ki, o torpağın sahibi bir gün gizli də olsa gələr və o kəndi yandırar, külünü alar. O zaman orda ölənlərə görə məsuliyyət kimin üzərində olacaq?!

 

“Cənab humanistər", özünüzü axmaq yerinə qoyub ağıl sızdırmayın. O zaman bütün məsuliyyət sizin üzərinizdə qalacaq. O zaman əsla deyə bilməyəcəksiniz ki, Tahirə gizlincə əsarətdə olan ərazisinə keçdi və ermənini yatdığı yerdə öldürdü. Çünki müharibəni başladanlar ölməyə də hazır olmalıdır...

 

"Cənab humanist manqurtlar, "cənab humanist başbilənlər" bu gün də bizlərə qarşı "beyin terrorunuz" gedir. Torpağımı işğalda saxlayıb mənə "sülhə" gəl deyirsən. Bu nə həyasızlıq belə... Əsəblərimizi hara qədər zorlayacaqsınız. Üstəlik "ideoloji vampir” manqurtların da üstümüzə gəlir. Torpağını xilas etmək üçün silaha sarılanlara "cinayətkar" damğası vurmağa çalışır, ideoloji olaraq beyinləri zəhərləyirsiz.

 

Nə gözləyirsən, sənin humanizm nağıllarına qulaq asa-asa torpaqlardan, mənlikdən, namusdan, insanlıqdan vaz keçməyimizi? Əsla olmayacaq! Siz özünüz dediyiniz o "cinayətkarları" yetişdirirsiniz. Əgər sənin oyunlarına dözə bilməyib, bir gün əlimə silah alıb, heç bir komandaya uymadan torpağımı xilas etmək üçün irəli gedib, öldürəcəmsə, bu mənim ədalətim, haqqım olacaq! Və bu gün sənin bu məkirli siyasətinə dözə bilməyib şəhid olan Mübarizi, bayrağını təhqir edən ermənini baltalayan Ramili cinayətkar kimi tanıtmaq istəyirsənsə, çox yanılırsan. Çünki sən artıq ədalətsizliyinlə mənim kimi potensial "cinayətkarları" özün yaradırsan.

 

Bu gün sən mənim əlimi qandallayıb, düşmənə yem etmək istəyirsən. Necə yəni, mən sənin diqtənlə nə qədər əli-qolu bağlı durub “qarğa”ların başımı deşməsinə imkan verməliyəm?! Yox, mən, o, onlar sənin “sülhsevər” buxovundan çıxıb, torpağımı azad etmək üçün silaha sarılacağıq mütləq!

 

Bil, eşit! Əgər sizlərin, manqurtların həyasızlığına dözə bilməyib nəzərinizdə “cinayətkar” olacamsa, nə mutlu mənə!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF