Bu qədər də sınmaq, düşmək olmaz!

14:07 25-05-2019 | icon 1895 | Kürsü
Bu qədər də sınmaq, düşmək olmaz!

Erməni həyasızların xorunamı qoşulaq, budurmu milli mənlik, ləyaqətimiz?

İLQAR ALTAY

/İctimai Tədqiqatlar Mərkəzi
hüquqşünas, ekspert-kriminalist, 
h.ü.f.d. (Ph.D.)./

 

Xədicə İsmayılın, zabit Ramil Səfərovu biabırçı cinayətkar adlandırdığı statusa təsadüfən rast gəldim. Boş verdim.. Çünki bildim ki, bu status onun hakimiyyətə qarşı hirsindən yaranıbdır və Ramilə qarşı onda nə xüsusi nifrət, nə də ki, bir hörmət yoxdur... Sadəcə bu rəngi, statusunu bir xeli tündləşdirib təsirini artırıb geniş hallanma mövzusuna çevirmək üçün qatıb. Sonradan isə gördüm məqsəd baş tutub, bütün sosial şəbəkə dəyib bir-birinə və Ramil Səfərovu söyüb təhqir edənlər də xeyli baş alıb gedir... Beyinlər çönüb...

 

Ramil Səfərov nə edibdir? Onun erməni zabitini öldürməsi barədə vaxtında yazdıq, təhlil-analiz apardıq, paylaşdıq, dərc olundu. Yenə də izahla qayıdaq, mövzu bu qədər qaynayırsa. Bu insan o erməni zabitini niyə öldürüb? Niyə öldürsün? Hər bir törədilən hadisənin motivi əsasdır hər bir mühakimədə. Hansı daxili motiv, məqsədlə edib bu dəhşətli hərəkəti? Hansı təsirlər hisslər yaradıb o motivi və itələyib onu həmin addıma?

 

İnsan öldürməyi "kayf", peşə bilən manyakdırmı, ya "materıy" bandit-başkəsən killerdirmi? Və ya dəlidirmi psixi xəstəxanadan qaçmış, bu adam?

Xeyir, adam normal zəhmət ailəsində böyümüş, harın rüşvət çörəyi yeməmiş, təlim və tərbiyə ilə oxumuş. Ağır və çox ciddi-tələbkar hərbi rejimli təhsillər alıb da yüksək göstərici ilə irəli çıxaraq Macarıstandakı beynəlxalq elitar hərbi kurslara göndərilməyə layiqli dərəcədə nümunəvi zabit səviyyəsinə yüksəlmişdir. Və niyə bu başqa bir millətin zabitini və yaxud digər erməni zabitini öldürməyib, məhz həmin ermənini hədəfə alıb?

 

Demək Ramilin mütəmadi ruhuna, heysiyyatna toxunulub, onun ən ülvi milli, vətən, dəyərlərinə və özünə sığışdırıb deməsə də bir ekspert kimi bilirəm ki, şəxsi ləyaqəti və namusuna toxunan hallar, səbəblər, addımlar olub ona qarşı.. Bunu yüksək ruhi həyacan, affekt həddinə də gətirib çıxarıb bu hal. Və bunu kim edib? Təbii, özünü Ramilin qətl hədəfnə gətirən erməni Markaryan.

 

Affekt vəziyyətini təsdiq edən nədir? O hədəfə cavabın ən ifrat növü - ölüm seçimi və bunun da xüsusi ritual formasında edilməsi. Cavab kimi bir yumruq-şillə vura bilərdi, bitsin. Yox, ölüm! Ölüm kimi bıçaqla vurub edə bilərdi. Yox-balta! Balta ilə gündüz də bunu edə bilərdi. Yox gecə! Demək, ağır heysiyyat travması bu insanı rahat buraxmır.. Pozulmuş beynindəki hədəfini necə öldürmə fantaziyası-ritualına sövq edir. Bunun üçün xüsusən bazara gedir, balta alır və oturub onu lazımınca itiləyir. Belə ritualların da adətən həyata keçirildiyi gecə yarı qaranlığını gözləyir və daxilini bu şiddətlə dolmuş emosional təziq, qaynartıdan püskürtü ilə azad edir və boşaldır..

 

Demək, bu qəsdən törədilmiş qətldir, amma ki, əslində Səfərovun deyil, Markaryanın yaratdığı affektin əli ilə törədilmiş qətldir.. Bu cür, özünə qarşı zərbə üçün bir çox insanları bir müəyyən həddə, təxribata çəkib, çatdıranlar çox olur. Bu yaxınlarda Moskvada canlı tele yayımda gürcü əsilli tanınmış bir politoloq Svanidze, Maksim Şevçenkonu belə bir affekt hala gətirib, özünü ona vurdurub yerə sərdirdi. Heç nə demədilər, nə hökumət, nə kim və gürcü də səhvini anladı..

 

Yaxın illərdə Türkiyədə futbol matçından sonra, bir ingilis azərkeş acıqla şalvarını çıxartdı, türk lirəsi ilə nümayişkaranə, bağışlayın, özünü sildi. Bir nəfər türk özünü saxlaya bilməyib bıçaqladı öldürdü. Çox cüzi iş verdilər, Britaniya tərəf isə heç üstünə getmədi bu məsələnin.

 

Bəs indi nə olub? Hər bir hadisədən üz cırıb, şivənlə özünə divident götürən erməni həyasızların xorunamı qoşulaq? Budurmu milli mənlik, ləyaqətimiz?

 

Ramil onu gündüz öldürsə xora qəbul idi guya? Ayıbdır, özmüzə hörmət edək, erməni zurnasına oynamayaq.. Bu qədər sınmaq, düşmək olmaz! Alçaldılıb, ruhu sönmə-çönmə qədər heysiyyatı zədələnib qətlə gedən, hərbi zabitliyi, həyatı və ailəsini, ömürlük həbsini nəzərə almama qədər başını itirmiş insan onu affekt durumuna salan erməninin gecə, ya gündüz qətlini düşünə bilər?

 

Əslində, Macarıstan məhkəməsi bu ən yüksək həyəcanı, affekti nəzərə alaraq Ramil Səfərova çox olsa 5-6 il iş kəsməli idi. Biz tərəfin də çox böyük səhvi onda oldu ki, gərək paralel cinayət işi açıb araşdırma aparaydı Baş Prokurorluq. Və necə ki, 2010-cu ildə mənim də araşdırmasında iştirak etdiyim o Türkiyə-İsrail arasındakı "Mavi Mərmərə" konfliktində oldugu kimi, hadisə İsrail sularında baş versə də, getdim gördüm Türkiyə prokurorluğu da hər ehtimala qarşı öz istintaqını aparır bu barədə. Keçdim İsrail tərəfə o da elə.

 

Bunu biz o vaxt etsəydik, ekstradisiya sonrası, Ramil Səfərov Bakıda öz istintaq-məhkəməmiz tərəfin qərarı ilə də azad edilib, bəraət verilərdi. Bu, məncə də daha əsaslı və qanuni olardı, söz söhbətdən ki, ömürlük həbs ediləni Bakıda açıb buraxıblar.. Nə isə, məsələnin obyektv tərəfi bu.

 

İndi illər sonra Ramil Səfərovu xalq düşməni çıxarmağa çalışırlar. Ermənilər isə azərbaycanlı uşağının dərisini soyduğunu etiraf edən Zoriy Balayanı qəhrəman elan ediblər. Ramilin əməli cinayət tərkbli olsa da, kənar təsirin hesabına törədilən az təqsirlidir və bağışlanılan qədərdir.

 

Xədicənin timsalında müxalif siyasilərə bunu bildirmək istərdim.. İqtidarı tənqid və ittiham etmək üçün külli miqdarda səbəb arqumentlər var. Amma bu ittihamları qızışıb xalqa toxunan dəyərlər üzərindən, onları zədələməklə etmək olmaz! İnsanları da yaşadığı dövlət reallığında hakimiyyətilə düşmən olmadığına görə hədəfə almaq olmaz! Təcrid, marginallaşmadır bu yol.


P.S. Yazını Xədicəni tənqid üstündə qurmadım, qadındır... Kaş ki, bu yazıları, vaxt, beyin itkisini, milli dəyərlərimizi öz milli içimizdəkilərdən yox, xarici düşmənlərdən qorumaq üçün sərf edəydik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol