ADNSU-da növbəti məzun-karyera sərgisi açılıb
Mayın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti məzun-karyera sərgisi açılıb.
Versus.Az xəbər verir ki, açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı ölkəmizdə elmin, təhsilin inkişafına xüsusi önəm verildiyini bildirib.
ADNSU-nun fəaliyyəti, tədris və təcrübə proqramları barədə məlumat verən rektor universitetdə qazanılan uğurları diqqətə çatdırıb.
Professor Mustafa Babanlı sərginin məzunların iş yeri seçməsində rolunu qeyd edərək bildirib ki, sərgidə 84 şirkət ümumilikdə 591 vakant iş yeri təklif edir. Eyni zamanda, 262 təcrübə yeri təklif olunur.
Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər çıxış edənlər müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayıb, yeni tələblərə cavab verən bacarıqlı mütəxəssislərin hazırlanmasının əhəmiyyətindən danışıblar.
Sərgidə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, “Rabitəbank”, “Gilan Holdinq”, “Azərsu” ASC, “Azərbaycan Dəmiryolları” QSC, “Azərpoçt”, “Azərsun Holdinq”, “Azercell” və digər şirkətlərin nümayəndələri təklif etdikləri vakant iş yerləri barədə məzunlara ətraflı məlumat veriblər./AZƏRTAC/
Versus.Az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...