ABŞ-da erməni diasporu

10:12 26-05-2019 | icon 678 | Köşə
ABŞ-da erməni diasporu

Diaspor qrumları dövlətin, xalqın maraqları naminə çalışmalıdır...

ELMAN ELDAROĞLU

/ABŞ, Miçiqan/

 

Amerika Birləşmiş Ştatlarında dünya xalqlarına məxsus diaspor təşkilatları çoxdur. Onların arasında yəhudilərdən sonra, nüfuzuna görə, erməni diasporu ikinci yerdədir.

 

Maraqlısı da odur ki, amerika elitası keçmiş sovet xalqları arasında məhz erməniləri, necə deyərlər, rusun şinelindən çıxmayan millət kimi tanıyır. Bəlkə də buna səbəb ermənilərin ABŞ-a axınının XIX əsrin axırlarına, XX əsrin əvvəllərində sosialist inqilabı dövrünə təsadüf etməsidir, bilmirəm. Amma bir faktı yaxşı bilirəm ki, elə o vaxtdan ermənilər ABŞ-da bir araya gələrək diaspor təşkilatları yarada biliblər.

 

Təsadüfi deyil ki, bu gün erməni diasporu ABŞ-ın ictimai-siyasi həyatına, ali dövlət orqanlarına təsir göstərməyi bacarır. Bundan əlavə bu təşkilatlar erməni əsilli tələbələrin ali təhsil almasına, mədəni-kütləvi tədbirlərin keçirilməsinə və digər məxvi layihələrə maddi kömək edirlər.

 

Bu gün ABŞ ərazisində Azərbaycanı çox az adam tanısa da, Ermənistanı demək olar ki, əksəriyyət tanıyır. ABŞ-da nüfuzlu ermənilərə gəldikdə isə bəli, onların sayı yetərincədir. Aralarında şəhər rəhbərlərindən tutmuş siyasi təşkilatlarda təmsil olunanlarına qədər kimsəyə rast gəlmək olar. Eləcə də imkanlı, böyük iş adamları da bizimkilərə nisbətən çoxdur.

 

O ki, qaldı ABŞ-dakı Azərbaycan diaspor təşkilatlarına, yüz iyirmi ildən çox yaşı olan erməni diasporunun yanında çox gəncdirlər. Sıralarında bir sıra uğurlara imza atanları olsa da böyük əksəriyyəti necə deyərlər, yerində sayır. Bəziləri də Azərbaycan dövlətindən nə isə umur...

 

Erməni təşkilatlarının isə maliyyə mənbəyi dövlət yox, xalqdır. Bəli, dövlət diaspor təşkilatları üçün deyil, diaspor qrumları dövlətin, xalqın maraqları naminə çalışmalıdır...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”