28 May - ALDP yürüş edəcək

12:11 27-05-2019 | icon 831 | Siyasət
28 May - ALDP yürüş edəcək

"Gəlin 28 May Müstəqillik Günü ilə əlaqədar bayramımızı birlikdə qeyd edək".

 

Versus.Az xəbər verir ki, bunu ALDP sədri Fuad Əliyev 28 May Müstəqillik Günü ilə bağlı partiyanın təşkil etdiyi bayram yürüşünə çağırışında bildirib.

 

Partiya üzvlərinin Novxanıda milli müstəqilliyimizin banislərinə ucaldılan məzar-abidəyə nəzərdə tutduğu yürüş sabah saat 15:00-da gerçəkləşəcək.

ALDP sədri Fuad Əliyev xalqa ünvanladığı təbrik nitqində deyib:

 

"101 il öncə 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublika – Azərbaycan Demokratik Respublikası (ADR) elan edilib! ADR Türk və İslam dünyasında ilk Parlamentli Respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində ADR rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub.

 

Əziz həmvətənlər! Sizi Azərbaycan xalqının tarixində unudulmaz günlərdən biri olan 28 May Respublika günü münasibətilə təbrik edirəm. Arzu edirəm ki, Azərbaycanımız daha güclü, bütöv və iqtisadi cəhətdən inkişaf etmiş dövlət kimi daha da inkişaf etsin".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı