Milli Məclisin yaz sessiyası başa çatır

17:25 27-05-2019 | icon 311 | Siyasət
Milli Məclisin yaz sessiyası başa çatır

Azərbaycan Milli Məclisinin yaz sessiyası başa çatır.

 

 

Versus.Az xəbər verir ki, sessiyanın sonuncu plenar iclası mayın 30-da və 31-də keçiriləcək.

Gündəliyə 26 məsələ daxildir.

 

 

İclaslarda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə yanaşı, “Dövlət rüsumu haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, Vergi, İnzibati Xətalar məcəllələrinə və s. qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.

 

 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

 

 

İyun ayında parlamentin növbədənkənar sessiya çərçivəsində iki plenar iclasın keçiriləcəyi nəzərdə tutulur.

 

Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

 

Payız sessiyası isə sentyabrın 30-da başlayacaq.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol