Araz Əlizadənin seçicilərinə ÇAĞIRIŞ...

17:38 27-05-2019 | icon 671 | Gündəm
Araz Əlizadənin seçicilərinə ÇAĞIRIŞ...

Versus.Az moderator.az-a istinadən xəbər verir ki, AMEA-nın bir qrup əməkdaşı Araz Əlizadənin seçicilərinə çağırış edib.

 

Çağırışda deyilir:

“Tanınmış jurnalist, öz həyatını riskə ataraq Azərbaycan həqiqətlərini Rusiya mediasında mütəmadi şəkildə qətiyyətlə müdafiə edən, Rusiya telekanallarında təşkil olunan tok-şoularda erməni qruplaşmalarının və onların havadarlarının hücumlarına bir çox hallarda təkbaşına sinə gərən qeyrətli soydaşımız Fuad Abbasovun Moskvada əsassız olaraq həbs olunaraq döyülməsi hər bir Azərbaycanlıda haqlı olaraq etiraz və qəzəb doğurdu. Müxtəlif səviyyələrdə Fuadın azad olunması üçün müraciətlər olunur, sosial şəbəkələrdə və mediada minlərlə insanlar öz etirazlarını bildirir, Fuadın azad olunması üçün imza toplama kampaniyaları keçirilir. Fuad Abbasova qarşı törədilən bu haqsızlıq qardaş Türkiyədə də etiraz dalğası oyatmışdır. Hətta Rusiyanın özündə buna öz qəti etirazını bildirən jurnalistlər də oldu.

 

Fuad Abbasova qarşı həyata keçirilən bu aksiya, Azərbaycan cəmiyyətində haqlı olaraq dərin narazılıq doğurduğu və kütləvi şəkildə etiraza səbəb olduğu halda Milli Məclisin deputatı statusunda olan birisinin, bu məsələ ilə bağlı sərsəm fikirlər səsləndirməsi Azərbaycan cəmiyyətinə etinasızca meydan oxumaqdan başqa bir şey deyil!

 

Fuad Abbasov Azərbaycanlıdır və öz çıxışları ilə, xüsusilə Qarabağ müharibəsi, Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı məsələlərdə hər zaman Azərbaycan maraqlarını müdafiə etdiyini sübut etmişdir. Bunun sayəsində o, hansı dövlətin vətəndaşı olmasından asılı olmayaraq öz soydaşlarının rəğbətini, hörmətini və sevgisini qazanmışdır. Özünü Azərbaycanlı hesab edən hər kəs Fuad kimi qeyrətli oğulları ilə fəxr edir və onları müdafiə etməyi özünə borc bilir. Belə olduğu halda Araz Əlizadə kimilərin müxtəlif səfeh bəhanələrlə Fuad kimi oğullarımızı gözdən salmaq cəhdləri yalnız ikrah hissi doğurur!

 

Hesab edirik ki, bu kimi açıqlamaları ilə Araz Əlizadə ilk növbədə onu seçən 40 minə qədər Azərbaycan vətəndaşını təmsil etmək hüququna məsuliyyətsiz yanaşdığını, onların fikirləri ilə hesablaşmadığını açıq nümayış etdirmişdir. Eyni zamanda Fuad Abbasovu aşağılamaq cəhdləri ilə Araz Əlizadə, ümumiyyətlə, Azərbaycan xalqının rəyinə və heysiyyatına da hörmətsizlik göstərmişdir. Belə bir adamın böyük bir seçici təbəqəsini təmsil etməsi ən azı millətə qarşı təhqirdir.

 

Belə olduğu halda Araz Əlizadənin seçiildiyi 35 saylı Xətai 3-cü seçki dairəsinin sakinlərinə müraciət edərək onu geri çağırmağa və məsuliyyətə cəlb etməyə çağırırıq".

 

Dilavər Əzimli və AMEA-nın bir qrup əməkdaşı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin