Jurnalist həbs edildi

18:00 27-05-2019 | icon 446 | Hadisə
Jurnalist həbs edildi

Ağdam rayon Məhkəməsi “Yeniçağ.az” saytının əməkdaşı Səxavət Məmməd barəsində 10 sutkalıq həbs cəzası çıxarıb...



Versus.Az Modern.az-a istinadən xəbər verir ki, redaksiya əməkdaşlarının verdikləri məlumata görə, prosesə hakim Elşad Bayramov sədrlik edib.

“Səxavət Məmməd onun barəsində verilən qərarı sifarişli hesab edir. Belə ki, yerli icra orqanı jurnalistin ünvanını bilə-bilə onun barəsində axtarış elan edib. Bu gün məhkəməyə dəvət olunan Səxavət Məmmədə 10 sutka həbs verilib.

O, şəxsi problemlərinə görə üzərinə düşən öhdəliyi yerinə yetirəcəyinə söz versə də, hakim Elşad Bayramov buna məhəl qoymayıb. Ona apellyasiya şikayəti vermək üçün də şərait yaradılmayıb”,-deyə jurnalistin çalışdığı redaksiya bildirib.

 

Bildirlir ki, jurnalistin həbsinə səbəb onun 3 min manat məbləğində aliment borcu olmasıdır. S.Məmməd borcu ödəyəcəyini bildirsə də, məhkəmə onun barəsində inzibati həbs qərarı çıxarıb.



“Yeniçağ.az” redaksiyası bildirib ki, jurnalist aliment verməkdən boyun qaçırmayıb. Sadəcə övladını ondan gizlətdikləri üçün gecikmə olub.


Redaksiya bəyan edib ki, jurnalistə son günlərdə yazılarına görə müxtəlif vasitələrlə təzyiqlər olub. Səxavət Məmməd son olaraq  müfagiə nazirinin 1-ci müavini, general-polkovnik Nəcməddin Sadıkovun pensiya yaşına çatması ilə bağlı yazısıyla gündəmə gəlmişdi.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür