“Azərbaycanın yalnız bir yolu var”

18:52 27-05-2019 | icon 714 | Siyasət
“Azərbaycanın yalnız bir yolu var”

Tamilla Qulami: “Cümhuriyyəti elan edilmiş ölkə kimi gərək çoxdan bu baryerləri aşıb keçəydik

 

“Bu gün biz öyünmək üçün çox az iş görmüşük. Cümhuriyyət dönəmindən bu günə baxanda indiki xəritəmiz tamamilə fərqlidir, xeyli torpaq itirmişik. O cümlədən hələ həll edilməmiş Ermənistan-Azərbaycan münaqişəsi var. Parlamentarizm ənənələrini sonadək davam etdirə bilməmişik”.

 

Bunu Versus.Az-a Ümid Partiyasının sədr müavini Tamilla Qulami  28 may Müstəqillik günü və demokratik kəsimin ənənələrinin davamı olaraq aparılan siyasət və yeni müstəqillik tarixi ilə bağlı öyünə biləcəyimiz məqamlara toxunarkən bildiib:

 

“Azərbaycanda demokratik cəmiyyət quruculuğunda böyük problemlər var. Hələ də 21-ci əsrdə Azərbaycan insanının sosial problemləri kifayət qədər çoxdur. İnsan haqları, demokratiyanın vəziyyəti ürəkaçan deyil. Cümhuriyyəti elan edilmiş ölkə kimi gərək çoxdan bu baryerləri aşıb keçəydik, amma təəssüf ki, bunu edə bilməmişik".

 

 

T.Qulami bu gün müstəqilliyimizi ifadə edən qürurlandığımız tarixi örnəklərimizin, cumhuriyyətimizin banilərinin bizimlə öyünə bilmədiklərini təəssüflə qeyd edib:

 

“Çünki əgər 20-ci əsrin əvvəlində onlar cümhuriyyəti elan edə bildilərsə, onlar respublika qura bildilərsə, parlamentarizm ənənələrini seçə bildilərsə, şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verə bildilərsə, çoxyönümlü ideoloji və siyasi fərqləri olanlarla birlikdə demokratik parlament seçkiləri keçirə bildilərsə, biz bu gün onların heç birini keçirə bilmirik. Ona görə də bu gün fəxr ediləsi çox az nümunələrimiz var”.

 

Sədr müavini hesab edir ki, Azərbaycanın tarixi həqiqi müstəqilliyini özünə qaytarmaq üçün yalnız bir yol var - torpaqlar işğaldan azad olunmalıdır.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol