“Elm sahəsindəki qadınlarımız cəmiyyətə daha yaxından tanıdılmalıdır”

15:20 29-05-2019 | icon 728 | Cəmiyyət
“Elm sahəsindəki qadınlarımız cəmiyyətə daha yaxından tanıdılmalıdır”

Qənirə Paşayeva gənc alimlərə çağırış səsləndirib

 

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda həmin institutun Həmkarlar İttifaqının dəvətilə millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva görüş keçirilib.

 

Versus.Az-ın məlumatına görə, görüşdə millət vəkili Q.Paşayevanın dəvətilə ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış yazarı və jurnalisti Meryem Aybike Sinan iştirak edib.

 

Qonaqları salamlayan AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov onların dəvətini qəbul edərək belə bir görüş üçün təşəkkürünü bildirib və institutda belə bir görüşün keçirilməsinin çox önəmli olduğunu deyib, institutun son illər əldə etdiyi uğurlarını xüsusi vurğulayıb, institutun fəaliyyətində qadın və gənc qızların rolu daha da artmalıdır deyib, bunun ölkəmiz üçün vacib olduğunu vurğulayıb.

 

Tədbirdə çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva görüş iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.

Millət vəkili bildirib ki, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun getdikcə artan uğurları hamını çox məmnun edir, özəlliklə institutda çalışan qadınlarımızın sayının və uğurlarının artması məmnuniyyətvericidir. O, ziyalı, alim qadınlarımızın elmin inkişafında rolu ilə bərabər, ziyalı kimi cəmiyyətimizin inkişafında önəmli rolu barədə də geniş danışıb və onun daha da genişlənəcəyinə inamını ifadə edib. Bütün sahələrdə qadınların rolunun genişləndirilməsinin cənab Prezidentin yürütdüyü siyasətdə xüsusi yer tutduğunu, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə atılan önəmli addımları xüsusi vurğulayan Q.Paşayeva alim və ziyalı qadınlarımızın gənc qızlar üçüm əsl örnək olduğunu xüsusi vurğulayıb, elmin müxtəlif sahələrində uğurlara imza atmış alim qadınlarımızın gənclərə daha yaxından tanıdılması üçün KİV-lərə çağırış edib:

 

“Elm sahəsindəki qadınlarımız barədə reportaj, proqramların hazırlanması, onların müxtəlif verilişlərə daha çox dəvət olunması, bir sözlə onların cəmiyyətə daha yaxından tanıdılması böyüyən gənc qızlarımız üçün çox önəmlidir. Elm sahəsi fədakarlıq, böyük zəhmət tələb edir, elm sahəsində çalışan bütün qadınları təbrik edirəm, onlara önəmli fəaliyyətlərində uğurlar diləyirəm. AMEA-da qadınlarımızın rolunun daha da genişlənməsinin şahidi oluruq və inanırıq ki, gələcəyə doğru bu daha da sürətlənəcək. Bütün sahələrdə, dövlətin həyatında, elmdə qadınların rolunun daha genişlənməsi – bu, inkişaf deməkdir və inanırıq ki, elm sahəsinə meyl edən gənc qızlarımız dövlətimizin onlar üçün yaratdığı getdikcə daha da artan imkanlardan istifadə edərək daha da böyük uğurlara imza atacaqlar”.

 

Millət vəkili bildirib ki, kişi alimlərimiz və qadın alimlərimiz birlikdə bir ziyalı olaraq böyüyən gənclərimizin elmə, biliyə daha çox meylli olması istiqamətində çalışmaları daha da artırmalıdır:

 

“Eyni zamanda elm sahəsindəki uğurlarımızın daha da artmasına böyük ehtiyac var. İnanırıq ki, birlikdə gənc alimlərimiz dövlətimizin elmə getdikcə daha da artan diqqəti və dəstəyindən yararlanaraq daha da böyük uğurlara imza ata biləcəklər”.

 

Q.Paşayeva bildirib ki, həm millət vəkili, həm də ziyalı olaraq hər zaman alimlərimizin yanındadır. O, onların uğurlarının və fəaliyyətinin KİV-də geniş şəkildə təbliğ olunmasının böyüyən gənc oğlan və qızlarımız üçün vacibliyini vurğulayaraq, bildirib ki, bu məsələyə xüsusi diqqət yetirilməlidir:

 

“AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda uzun illər uğurlu fəaliyyət göstərmiş alimlərimizin ölkəmiz və xalqımız üçün fəaliyyətləri xüsusilə minlərlə oğlan və qızlarımız üçün ən gözəl örnəklərdəndir”.

Millət vəkili görüş iştirakçılarının suallarını da cavablandırıb.

 

Tədbirdə çıxış edən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu Həmkarlar İttifaqının sədri İradə Mirzəzadə dəvətini qəbul edən belə bir önəmli görüş üçün təşəkkürünü bildirib.

 

Türkiyənin tanınmış yazarı və jurnalisti Meryem Aybike Sinan çıxış edərək hər kəsi 28 may Respublika günü və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə arasında birliyin güclənməsində alimlərin, ziyalıların, elm ocaqlarının rolu və missiyası barədə geniş danışıb.

 

Qənirə Paşayeva və Meryem Aybike Sinan görüş iştirakçılarına müəllifi olduqları kitablarını imzalayaraq hədiyyə ediblər.

 

Qənirə Paşayeva və Meryem Aybike Sinan Misir Mərdanov, institutun Həmkarlar İttifaqının sədri İ.Mirzəzadə və institutun qadın təşkilatının rəhbəri ilə görüşüb, geniş fikir mübadiləsi aparılıb. Meryem Aybike Sinan bütün sahələrdə, o cümlədən elm sahəsində Azərbaycanın tanınmış şəxslərinin və qazandıqları uğurlarıının qardaş Türkiyədə daha geniş tanıdılmasının vacibliyini qeyd edib. O, bununla bağlı Türkiyədə yazılarla çıxış edəcəyini deyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI