İraq Türkməneli Partiyasının başkanı azərbaycanlıları təbrik edib

15:32 29-05-2019 | icon 541 | Siyasət
İraq Türkməneli Partiyasının başkanı azərbaycanlıları təbrik edib

Riyaz Sarıkahya: Ata yurdumuzun siyasi, iqtisadi uğurları, söz sahibinə çevrilməsi bizi sevindirir

 

İraq Türkməneli Partiyasının başkanı Riyaz Sarıkahya 28 may Respublika günü münasibəti ilə azərbaycanlıları təbrik edib.

 

Partiyanın qərargahından Versus.az-a verilən məlumata görə, Riyaz Sarıkahya Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü münasibətilə qardaş Azərbaycan xalqına, bütün azərbaycanlılara təbriklərini və ən xoş arzularını çatdırıb:

 

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bütün müsəlman aləmində, türk dünyasında tarixi bir hadisə idi, ilk demokratik respublika qurulmuşdu. Azərbaycanda yaradılan Cümhuriyyət, respublika modeli digər müsəlman, türk dünyası xalqları üçün böyük bir örnək idi. Biz Azərbaycanın o dövr ki, tarixinə, vəziyyətinə diqqət çəkərkən görürük ki, həmin vaxt qardaşlarımız mürəkkəb bir durumla qarşı qarşıya qalıblar. Bolşevik və erməni daşnakları Bakını işgal etmişdilər, paytaxtda və ətraf bölgələrdə  qətllər, soyqırımlar törədir, Azərbaycanın tarixi, memarlıq abidələrini dagıdır, varidatını ələ keçirirdilər. Həmin qanlı hadisələr zamanı 12 mindən artıq soydaşımızın vəhşicəsinə qətlə yetirildiyini ürək agrısı ilə qeyd etmək istəyirəm”.

 

Türkməneli Partiyasının lideri vurğulayıb ki, bütün bunlara baxmayaraq Azərbaycanın qəhrəman, vətənpərvər, ziyalı oğulları Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğaldan azad edərək Azərbaycan Xalq Cümhuriyyətini qurublar:

 

“Bu dövlətin ömrü cəmi 23 ay olsa da, böyük işlərə imza atdılar. Müsəlman və türk xalqlarının yoluna işıq saldılar. Biz İraq türkmənləri olaraq Azərbaycanın uzun illər sonra yenidən öz müstəqilliyini bərpa etməsindən böyük sevinc və qürur hissi keçirdik. Böyük Mustafa Kamal Paşa Atatürkün sözləri ilə desək, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir”.

 

Türkməneli Partiyasının başkanı bildirib ki, 1993-cü ildə böyük dövlət adamı, xalqını çox sevən Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra qısa zaman kəsiyində Azərbaycanı bir dünya dövlətinə çevrildi:

 

“Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu, dünya birliyindəki yeri və nüfuzu möhkəmləndi. Ata yurdumuzun siyasi, iqtisadi uğurları, söz sahibinə çevrilməsi bizi sevindirir.

Başda Cənab prezident İlham Əliyev olmaqla bütün azərbaycanlı baçi və qardaşlarımı 28 may Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanın müstəqilliyi milli lider Heydər Əliyevin sözləri ilə desək, əbədi, dönməz və sarsılmaz olsun. ALLAHDAN işgal altında olan tprpaqların tezliklə azad edilməsini, qaçqın və köçkün bacı-qardaşlarımızın öz doğma yurdlarına dönməsini arzu edirəm”.

 

Ağanisə Sultanova
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı