"Xalq Cümhuriyyətinin liderləri nəyə baxıb fəxr edəcəklər?

15:53 29-05-2019 | icon 581 | Siyasət
"Xalq Cümhuriyyətinin liderləri nəyə baxıb fəxr edəcəklər?

" 30 ildir ərazilərimiz işğaldan azad edilməyib. Xalq Cümhuriyyətinin liderləri bizə baxıb necə fərəhlənsinlər, yaxud, nəyə baxıb fəxr etsinlər?"

 

Bunu Versus.Az-a ADP sədri Sərdar Cəlaloğlu 101 illiyi qeyd olunan Cumhuriyyət banilərinin bugünkü Azərbaycanla nə dərəcədə fərəhlənmələri ilə bağlı açıqlamasında bildirb.

 

S.Cəlaloğlu bildirib ki, Azərbaycanda ilk dəfə olaraq yaranan müstəqil Cümhuriyyət oturuşmuş siyasi hakimiyyətə malik deyildi və cəmi 2 il mövcud olması da gözlənilən idi.

Amma qısa ömürlü olmasına baxmayaraq, Cumhuriyyət bir çox neqativ halların aradan qaldırılmasına nail ola bilmişdi.

" O zaman seçkilər yox idi, daxildə 8 dəfə baş nazir dəyişilmişdi və hər tərəfdən Azərbaycana hücumlar var idi. Ölkə daxilində 7-8 dövlət yaranmışdı. Azərbaycan parçalanmış bir vəziyyətdə idi. Cumhuriyyət baniləri bu durumu qısa vaxt ərzində aradan qaldıra bildilər".

Partiya sədri bildirib ki, bu gün həmin tarixi yaradan insanların bugünkü Azərbaycana baxıb fəxr duyduqlarını düşünürlər yanılırlar.

 

"Demokratik Cumhuriyyətin dövründə, Qarabağ Andranikin qoşunları tərəfindən işğal olunanda milli ordu həmin əraziləri iki gün ərzində ermənilərdən azad elədilər. Amma sən 30 ildir Qarabağı azad edə bilmirsən, hansı nailiyyətdən danışa bilirsən. Cümhuriyyəti quranlar isə atın belində gedib, təpədən dırnağa qədər silahlanmış ermənini Qarabağdan qovmuşdu"?

S.Cəlaloğlu müqayisələr aparmaqla AXC hakimiyyətində iqtisadi siyasətin daha uğurla başladıldığını deyib.

"19-cu əsirdə Bakı dünyanın ən sanayeləşmiş mərkəzlərindən bir idi. Dünyanın ən nüfuzlu milyarderləri - Rokvelli, Reyqan, Morqan, Nobel, Simes qardaşları Azərbaycana investisiya qoymuşdular. Bu gün isə dələduzlardan başqa Azərbaycana investisiya qoyan yoxdur. Amma həmin dövürdə Azərbaycan Yaxın Şərqə, eləcə də dünyaya demokratiya dərsi verirdi. 100 il qabaq Azərbaycan qadınına seçki hüququ verilmişdi, bu gün isə seçkilər saxtalaşdırılır, nəinki qadının, heç kişilərin də hüququ yoxdur. Əhalisinin 60 faizi ölkəni tərk edən ölkədə nədən danışmaq olar. Amma demokratik cümhuriyyətin vaxtında dünyanın müxtəlif yerlərindən insanlar bura axışıb gəlirdilər. Bu günü görən Cumhuriyyət qurucuları nəynən fəxr etməlidirlər?"

S.Cəlaloğlu hesab edir ki, Azərbaycanın tarixi yetərincə öyrənilib təbliğ edilmir. Azərbaycanın mədəniyyəti iflas vəziyyətindədir.

"Televiziyalarda "zaurların" hazırladığı əxlaqsız verilişlərlə camaatın başını xarab edirlər. Cammat öz pulu ilə Opera binası tikmişdi və dünyanın ən məhşur opera sənətkarlarını Bakıya gətirirdilər. Sən isə yüngün əyləncə təmsilçilərini ölkəyə gətirib, adını da qoyursan, festifal. Bu gün Ərdoğan Taksimdə opera binası tikdirir, Azərbaycanda isə opera bunası 19-cu əsrdə tikilib", - deyə S.Cəlaloğlu bildirib.

 

Ləman

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI