Deputat Ermənistanın təhlükəli siyasətindən danışdı

12:07 30-05-2019 | icon 295 | Siyasət
Deputat Ermənistanın təhlükəli siyasətindən danışdı

Bu gün Ermənistan hakimiyyəti informasiya müharibəsinə əl ataraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

 

Versus.Az trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin komitə sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov “Ermənistanın regional təhdidi” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Ermənistanın apardığı siyasətdə təhlükə var.

S.Seyidov əlavə edib ki, hazırkı Ermənistan rəhbərliyi özündə bir sıra xüsusiyyətləri ehtiva edir:

 

"Bu ölkədə hakimiyyətə gələn şəxs Dağlıq Qarabağın Ermənistan üçün yaratdığı problemlərin əsasında vəzifəyə gəlib. Korrupsiya, ölkənin dağıdılması, demoqrafik problemlər, iqtisadi baxımdan çökmələr - bunlar hamısı imkan yaratdı ki, Paşinyan bu məsələlərdən istifadə edərək hakimiyyətə gəlsin. Hakimiyyətə gələn insan bu ölkənin tarixində ilk dəfə Dağlıq Qarabağ klanına qarşı mübarizə apararaq vəzifəyə yüksəlib. İlk dəfə hakimiyyətdə olan şəxs Ermənistanda Dağlıq Qarabağ məsuliyyətindən qaçıb onu boynuna götürmək istəmir. Danışıqların formatının dəyişdirilməsi və digər istiqamətlərdə atdığı addımlar buna misaldır. Paşinyan çalışır ki, Dağlıq Qarabağ münaqişəsindən uzaqlaşaraq özünə müsbət dividend qazansın".

S.Seyidov qeyd edib ki, sadalanan xüsusiyyətlərin heç biri bugünkü Ermənistan hakimiyyətinə heç bir şey qazandırmır. Ona görə də bu gün Ermənistan və bu ölkənin daxilindəki qüvvələr növbəti taktikanı seçirlər. Onlar bütün istiqamətlərdə məğlubiyyət görərək başqa bir müharibəyə - informasiya müharibəsinə əl atırlar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür