Azərbaycan NATO PA-nın yaz sessiyasında təmsil olunacaq

12:20 30-05-2019 | icon 330 | Siyasət
Azərbaycan NATO PA-nın yaz sessiyasında təmsil olunacaq

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputat Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün mayın 30-da Slovakiyanın paytaxtı Bratislavaya səfər edəcəklər.

 

Versus.Az trend-ə istinadən xəbər verir ki, əvvəlcə NATO PA-nın komitələrinin iclasları olacaq. Komitələrdə “NATO 70 il: Alyans dəyərlərinin yenidən təsdiqlənməsi”, “Sərhəd təhlükəsizliyi”, “Nüvə silahından çəkindirmənin yeni erası. Modernizasiya, silahlara nəzarət və müttəfiq nüvə qüvvələri”, “İqtisadi sanksiyalar xarici siyasət aləti kimi”, “Rəqəmsal bazara və kiber təhlükəsizliyə Şimali Amerika və Avropa yanaşması”, “Kiber dövrdə NATO: Təhlükəsizlik və müdafiənin gücləndirilməsi” və bir sıra digər mövzularda məsələlər müzakirə ediləcək.

 

Sonra NATO Parlament Assambleyasının plenar iclası öz işinə başlayacaq. Tədbirdə qurumun sədri Madelayn Mun, NATO Baş katibinin müavini Ros Gottenmoeller çıxış edəcəklər. Toplantıda son dövrdə görülən işlər, növbəti il üçün fəaliyyət planı ilə bağlı fikir mübadiləsi aparılacaq, maliyyə sənədləri təqdim olunacaq.

 

Nümayəndə heyətimizin üzvləri tədbirlərdə müzakirəyə çıxarılacaq məsələlərə münasibət bildirəcəklər.

 

Səfər iyunun 4-də başa çatacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı