"Yenidən bu münaqişəyə qayıtmaq niyyəti güdürlər"

08:14 16-11-2023 | icon 960 | Siyasət
"Yenidən bu münaqişəyə qayıtmaq niyyəti güdürlər"

Arzu Nağıyev: "Öz suverenliyimizi, ərazi bütövlüyümüzü qorumağımıza hər cür imkanımız var"

 

Regionun geosiyasi mənzərəsi Avropa və Qərbin yaratdığı gündəmlə birgə çalxalanır. 44 günlük müharibə zəfərindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqları həzm edə bilməyən Avropa Fransası və digər erməni havadarları vəziyyəti nəzarətdə saxlamaq üçün yenə də Ermənistanı silahlandırır. Avropa və Qərbin sərgilədiyi siyasət kontekstində mövcud durum birmənalı qarşılanmır.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin deputatı Arzu Nağıyev müsahibəsində mühüm məqamlara diqqət çəkib.

 

– Fransanın Ermənistanı silahlandırması, bu silahların keyfiyyəti, Hindistanın da bu siyahıda yer alması bölgə üçün nə vəd edir?

 

– Bu, Fransanın birinci məkrli siyasəti deyil. Məlum məsələdir ki, Fransa daim Ermənistanın havadarı qismində çıxış etməyə çalışıb. Burada onun siyasi, iqtisadi və hərbi maraqları olub. Torpaqlarımız işğal altında olanda belə, onlar öz şirkətləri vasitəsilə müxtəlif dividendlər əldə edib, ciddi vəsaitlər qazanıblar. Bu qazanclar məlum məsələdir ki, indi yoxdur, itirilib. Bunlar, sanki yenidən eyni məsələlərə qayıtmaq və itirilmiş nüfuzlarını bərpa, Ermənistandan istifadə etməyə çalışırlar.

Ermənistanın silahlandırılması məsələsi maraqlı dövlətlərin diqqətində olan bir prosesin davamıdır. Məlumdur ki, Ermənistan və Fransa müdafiə nazirləri arasında bir memorandum imzalanmışdı. Ona uyğun olaraq 24 ədəd bastion artıq gəlib. Bundan əlavə, jandarm qüvvələri üçün atıcı silahlar gəlmişdi. Əsas məsələ də ondan ibarətdir ki, Fransa və digər qüvvələr bu silahları təqdim etməklə Ermənistanı boyunduruğa salırlar. Bu silahların borcu ödənilməlidir. İqtisadiyyatı tənəzzülə uğramış bir dövlət bu silahların qarşılığında nə qədər ödəmələr etməlidir. Bu, təbii ki, Ermənistan üçün problemdir və artıq həmin ölkələrin müstəmləkə siyasətinin tilovuna düşməsidir. Bu prosesdə Hindistanın da iştirak etməsi təəssüf doğurur. Atılan bu addımlar Azərbaycanı qorxutmur. Bizim hərbi sahədə bir çox ölkələrlə, eləcə də İsraillə müqavilələrimiz var. Həmin müqaviləyə uyğun olaraq havadan müdafiə sistemi alınır. Bu sahəyə milyardlarla pul ayrılır. Məqsəd Azərbaycan ərazisinə, suverenliyinə qarşı təhdidlərin qarşısının alınmasına yönəlib. Hesab edirəm, Ermənistana verilən silahlar Azərbaycanın təhlükəsizliyinə təhdid deyil. Sadəcə olaraq, bu, regionda istər Rusiyaya qarşı, istər Türkiyəyə qarşı atılan addımlardır. Məlumdur ki, Türkiyə, Rusiya sərhədi NATO sərhədidir. Rusiya da heç zaman imkan verməz ki, onlar gəlib burada özlərinin istədiyi kimi hərbi əməliyyatlar aparsınlar və yaxud regionu hərbləşdirsinlər. Birmənalı şəkildə Avropa Birliyinin, eyni zamanda, min kilometrlərlə buradan aralıda olan Fransanın məqamı, məqsədi Cənubi Qafqazda nüfuzunu bərpa etməsidir.

 

– Ermənistanın silahlandırılmasının bölgə üçün hansı təhdidləri var?

 

– Cənubi Qafqaz bölgəsində 6 dövlətdir. Bu, təbii ki, balansın pozulmasıdır. Əgər beynəlxalq təşkilatlar, BMT bölgənin yenidən bir müharibə, silah ocağına çevrilməsini istəmirlərsə, bunun qarşısı alınmalıdır. 19 sentyabr antiterror tədbirindən sonra iki aydır bölgədə atəşkəs pozulmur, şəhid, itkilər verilmir. Görünür, bu vəziyyət çoxlarını qane etmir. Yenidən bu münaqişəyə qayıtmaq, yenidən siyasi, iqtisadi cəhətdən dvidendlər götürmək niyyəti güdürlər.

 

– Ermənistanin KTMT demarşı və Rusiyanın cavabi necə olacaq? Ümumiyyətlə, Moskva Ermənistanin özünün təhlükəsizlik çətirindən çıxmasına imkan verəcəkmi?

 

– Rusiya buna birmənalı reaksiya verəcək. Fransa nə qədər bölgəyə gəlməyə çalışsa da,  qeyd etdiyim kimi, burada söhbət NATO sərhədlərindən, eyni zamanda, Ermənistan ərazisindəki Rusiyanın bazalarından gedir. Buna görə də Rusiya hansısa Qərb dövlətinin gəlib orada ordu qurmasına, müəyyən addımlar atmasına imkan verməz. Bunların qarşılıqlı cavabı olacaq.

Ermənilər, hətta Azərbaycanla münaqişədə olanda da ciddi-cəhdlə KTMT-ni bu və ya digər şəkildə prosesə cəlb etməyə çalışırdı. KTMT buna getmədi, çünki hər bir dövlətin ayrı-ayrılıqda Azərbaycanla münasibəti var və indi də bir çox bəhanələrlə bundan istifadə etməyə çalışırlar. Ona görə də Rusiya buna cavab verəcək.  Fransa sərhəddə əsas jandarm briqadarı yaratmaqla sərhədin nəzarətini öz əlinə almaq istəyir. Unutmasınlar ki, sərhədi qoruyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarıdır. Digər məsələ ondan ibarətdir ki, Ermənistan KTMT üzvlüyündən çıxsa, itirəcəyi çox şey var.  Sadəcə olaraq, Ermənistan və Fransa Qərbə yarınmaq üçün bu addımları atırlar.

 

– İran sərhədlərində Fransa və ABŞ-ın timsalında NATO silahlarının peyda olmasına necə reaksiya göstərəcək?

 

– NATO silahları artıq sərhədinə gəlirsə, İran da öz fikrini bildirməlidir. Hiss olunur ki, bu, razılaşdırılmış məsələdir. Fransa ilə İran arasında münasibət o qədər də gərgin deyil. Bu da nəzərə alınacaq. Bu, ümumi regiona təsir edən amillərdir.

 

– Ermənistandaki Rusiya bazalarının taleyi necə olacaq?

 

– Rusiya bazalarının taleyini ermənilər həll etmir. Qeyd etdiyim kimi, məlum müqavilələr əsasında istər “İrabuni”, istər 102 saylı baza olsun, bunların hamısı müqavilələr şəklində orada yerləşdirilib. Bu, Rusiyanın məhz özünün şərti sərhədini qorumaq üçün əsas addımdır. Rusiyanın məhz oradan bazalarını çıxarması inandırıcı görünmür.

 

– Azərbaycan hərbi-siyasi baxımdan hansı cavab addımları atmalıdır?

 

– Azərbaycan tam şəkildə özünün xarici siyasətini aparmaqdadır. Eyni zamanda, son bəyanatımızda sülh müqaviləsi prinsipinə uyğun olaraq beş təklif irəli sürmüşdük ki, onun cavabını gözləyirik. Ermənistan gətirib ora nə qədər silah-sursat yığsa da, bizim öz suverenliyimizi, ərazi bütövlüyümüzü qorumağımıza hər cür imkanımız var.

 

– Avropa İttifaqı və ABŞ Ermənistana hərbi dəstək vəd edir. Ermənistan Ukraynanın taleyini yaşaya bilərmi?

 

– Ukraynada NATO özünün ərazisini genişləndirmək vasitəsilə artıq gəlib Rusiyanın müəyyən vilayətlərinə çıxmağa çalışırdı. Düşünmürəm ki, Ukraynada əsas məram-məqsəd o torpaqları tam əldə etmək, dənizdən-dənizə buferzona yaratmaq olsun. Tale Suriyada necə təkrarlanıbsa, burada da belə təkrarlana bilər. Hər kəs silahlarını ora verməklə müxtəlif sınaqlar keçirirlər. Sadəcə, adi vətəndaşın problemləri böyüyür.

 

– Bölgədə yeni müharibə ehtimalı və sülh imkanlarının perspektivlərini necə görürsünüz?

 

–Biz sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atırıq və beynəlxalq təşkilatlar da “etnik təmizləmə”, eyni zamanda “qaçqın” məsələlərini ortaya  salmaqla bir daha bunu qabartmağa çalışırlar. Qeyd etdiyim kimi, iki aydır, silahdan istifadə olunmur. Görünür, bölgədə sülhün bərqərar olması, Avropaya, Qərbə xeyir etmir. Onlar münaqişələrdən istifadə edərək, öz məkirli planlarını həmişə həyata keçiriblər. Bütün bunların qarşısı alınmalıdır.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...