ADU-da Kiyev Beynəlxalq Dillər Universitetinin dosenti ilə görüş keçirilib

12:45 30-05-2019 | icon 520 | Təhsil
ADU-da Kiyev Beynəlxalq Dillər Universitetinin dosenti ilə görüş keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan dilçiliyi kafedrası və Azərbaycanşünaslıq Elmi Tədqiqat laboratoriyasının birgə təşkilatçılığı ilə Kiyev Beynəlxalq Dillər Universitetinin Türkologiya kafedrasının müdiri dosent Tatyana Mixaylovna Timkova ilə görüş keçirilib.

 

Versus.Az xəbər verir ki, Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev türkologiyanın ümumi problemlərindən danışıb, 1926-cı ildə keçirilmiş Türkoloji Qurultaydan söz açıb.

 

Sonra Azərbaycanşünaslıq Elmi Tədqiqat laboratoriyasının müdiri tarix üzrə fəlsəfə doktoru Aqşin Rüstəmov türkologiya elmi haqqında ümumi məlumat verib və onun inkişaf tarixindən söhbət açıb.

 

Dosent Tatyana Mixaylovna Timkova Ukraynada türkologiya elminin tədrisi məsələsinə toxunub. O, kafedranın müəllimləri ilə Ukrayna Kiyev Beynəlxalq Dillər Universitetində açılacaq Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının tədrisi ilə bağlı fikir mübadiləsi aparıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI