Xanqaraqoyunlu məktəbi 28 May Respublika günündə

12:49 30-05-2019 | icon 999 | Təhsil
Xanqaraqoyunlu məktəbi 28 May Respublika günündə

Bərdə rayon T.Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbdə 28 May Respublika gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

 

Versus.Az-ın məlumatına görə, məktəbin müəllim kollektivi və şagirdlərin iştirak etdiyi tədbirdə Respublika günü, Azərbaycan Xalq Cumhuriyyətinin yaranması, fəaliyyəti və milli irsindən söz açılıb.

 

Məktəbin direktoru Nizami Məmmədov çıxışında bildirib ki, 1918-ci il may ayının 28-də müsəlman şərqində yaranan ilk demokratik dövlətin bütün dünyaya insanları, bəşəriyyəti xoş gələcəyə aparacaq bir demokratik dövlət strukturunun yaradılması nümunəsini bəxş edib.

 

Çıxışlar zamanı Azərbaycanın keçməkeşli tarixinə nəzər salınaraq müstəqil dövlətin çox qısa zaman yaşaması, bolşevik Rusiyanın təzyiqləri, təqibləri ilə üz üzə qalaraq cəmi 23 ay mövcud olması qeyd olunub. Azərbaycanın müstəqil dövlət kimi inkişafını istəməyən qüvvələrin artıq 30 ilə yaxındır ki, Azərbaycanın daxilində Qarabağ müharibəsini alovlandırmaqla Müstəqilliyini yenidən qazanmış ölkəmizə qarşı təzyiqlərini davam etdirdiyi vurğulanıb.

 

Tədbirdə bildirilib ki, 1991-ci ildə müstəqilliyini yenidən qazanan Azərbaycan Xalq Cümhuriyyətinin irsini ulu öndər Heydər Əliyev inkişaf etdirərək ölkədə sabitliyin inkişafın qarantı olub. Və bu gün də müstəqil respublikanın inkişafı və haqq səsinin dünyaya tanıdılması və torpaqların işğaldan azad edilməsi prosesində aparılan dayanıqlı siyasət məhz Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Bu mənada çıxışçılar Məhəmmədəmin Rəsulzadənin 100 il əvvəl dediyi "Bir kərə yüksələn bayraq, bir daha enməz" irsinin davamçısı olaraq bugünkü müstəqil dövlətimiz tərəfindən qorunduğunu və torpaqların azadlığı uğrunda şəhidlər verdiyi önə çəkilib.

 

Tədbirin bədii hissəsi şagirdlərin ifasında Azərbaycan Dövlət himninin səslənməsi ilə başlayıb.

Daha sonra şagirdlər Azərbaycanı vəsf edən şeirlər, mahnılar oxuyublar.

 

Kamran Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı