“Bu il 700 bal toplayan olmadı” 

15:00 30-05-2019 | icon 568 | Təhsil
“Bu il 700 bal toplayan olmadı” 

“Ümumilikdə 4 buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsi) iştirak etmiş 98279 nəfərdən yalnız 4 nəfər onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb”.

 

Versus.Az musavat.com-a istinadən bildirib ki, bu sözləri açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

 

Onun sözlərinə görə, ötən il 29 nəfər maksimum bal toplasa da, bu il nəticələr aşağı olub: “Dövlət İmtahan Mərkəzi 7, 14, 21, 28 apreldə buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi), 12 mayda I – IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirdi. Bu imtahanlar əslində 2008-ci ildən tətbiq olunan kurikulumun təhsil sistemində 11 il ərzində necə mənimsənilməsinin, necə tətbiq olunmasının göstəricisi olmalı idi. Bu müddətdə milyonlarla vəsait sərf olunub kitablar, testlər, vəsaitlər yazıldı, treninqlər keçirildi, tədbirlər təşkil olundu, imtahanlar keçirildi. Amma nəticələr kurikulumun təhsil sistemində özünü doğrultmadığını, təhsil sisteminin bu vacib işin öhdəsindən gələ bilmədiyini göstərir.

 

Misal üçün, aprelin 7-də keçirilən buraxılış imtahanında heç kim maksimum bal toplaya bilməyib,  İmtahanda 27660 nəfər imtahanda iştirak dib, 2 şagird onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.  Daha sonra, aprelin 14-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) 28634 nəfər iştirak etmiş şagirddən heç kim maksimum bal toplaya bilməyib.  Aprelin 21-də keçirilmiş buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) 22499 nəfər imtahanda iştirak edin, İmtahanda 2 şagird onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb. Aprelin 28-də keçirilən imtahanda 19486 nəfər iştirak edib, lakin heç kim maksimum bal toplaya bilməyib. Ümumilikdə 4 buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsi) iştirak etmiş 98279 nəfərdən yalnız 4 nəfər onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.

 

Qeyd edim ki, buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür. mayın 12-də I və IV ixtisas qrupları üzrə abituriyentlər üçün keçirilən qəbul imtahanlarında iştirak edən etmiş 32174 abituriyentdən bir nəfər ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb. Ümumilikdə DİM-in XI sinif bazasından kurikulum proqramı əsasında aprel və may ayında keçirdiyi imtahanlarda iştirak edən 130.453 nəfərdən 5 nəfər imtahanlardan maksimum bal toplasa da, 2019-cu ildə 700 bal olmadı və bundan sonra da olması mümkün deyil”.

 

Ekspert vurğuladı ki,  təhsil sistemi 2019-cu ildə arzuolunan nəticəni göstərə bilmədi: “Baxmayaraq ki, keçən il, 2018-ci ildə 29 nəfər 700 bal toplamışdı. Bu il ali məktəbə imtahan verənlər arasında yalnız 700 bala namizəd ölkə üzrə cəmi 4 abituriyent var. Buraxılış imtahanlarında 300 bal toplayan və 700 bala namizəd abituriyentlər  654 balla I ixtisas qrupundan Murad Şərifzadə, 694 balla II ixtisas qrupundan Şəhriyar Səmədov, 690 balla IV ixtisas qrupundan Rəşad Alpaşayev , 650 balla IV ixtisas qrupundan Surxay Hasilovdur. Nəticələrdən də göründüyü kimi, 700 bal olmayacaq, ancaq ona yaxın nəticələr ola bilər. Deməli neçə illərdir qəbul və buraxılış imtahanlarındakı nəticələr təhsil sisteminin yox, repititoluğun, hazırlıq kurslarının nəticəsidir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...