Azərbaycanlı yazarın fotosu Qazaxıstan jurnalının üz qabığında 

15:23 30-05-2019 | icon 866 | Ədəbiyyat
Azərbaycanlı yazarın fotosu Qazaxıstan jurnalının üz qabığında 

Qardaş Qazaxıstanın elmi-ədəbi və təhsil jurnalı “Bilim tayms” (“ELM vaxtı” – “BİLİM times”) şair-publisist Əkbər Qoşalının fotosunu yeni sayına “qapaq fotosu” seçib.

Versus.Az "müsavat"a istinadən xəbər verir ki, gələn sayında Əkbər Qoşalının şeirlərini yayımlayacaq “Bilim tayms”ın baş redaktoru Erkinbek Serikbay, bu jesti Əkbər Qoşalının timsalında Azərbaycan yeni nəsil yazarlarına, onların yaradıcılığına diqqət və sayğının, qardaşlıq duyğusunun təzahürü kimi izah edib.

Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümünün qeyd olunduğu günlərə təsadüf etməsi ilə özəl anlam daşıyan bu jest, Əkbər Qoşalının iki qardaş ölkə, ümumən türk ölkə və topluluqları arasında ədəbi-mədəni əlaqələrin güclənməsinə verdiyi töhfələrə diqqətin, məhəbbətin ifadəsidir. Onun rəhbəri olduğu layihələr çərçivəsində qardaş Qazaxıstan yeni nəsil yazarları dəfələrlə Azərbaycanda səfərdə olub, qazax gənclərinin yaradıcılıq örnəklərinin də yer aldığı kitablar gün üzü görüb; 2017-ci ildə isə Bakıda 57 şairin şeirləri toplanmış “Yeni Qazax şeiri Antologiyası” çıxıb. Antologiyanın 20 qazax şairinin iştirakı ilə Bakıda, Sumqayıtda (2017), habelə Almatada (2018) təqdimatları keçirilib. 2018-ci ildə isə Astanada “Yeni zaman Azərbaycan şeiri” antologiyası gün üzü görüb.



Qeyd edək ki, “Bilim tayms” 2017-ci ildə təsis olunub. Artıq qazax elmi-ədəbi, pedaqoji ictimaiyyətinin nüfuzlu nəşri halına gəlib. Jurnalın baş redaktoru Erkinbek Serikbay istedadlı yazıçı, tərcüməçi, türk dünyası gənc yazarları arasında tanınan imzadır.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol