"Məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir" - RƏSMİ

20:34 30-05-2019 | icon 562 | Siyasət
"Məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir" - RƏSMİ

Xarici İşlər Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun şəhid olması ilə bağlı açıqlama yayıb.

 

Versus.Az xəbər verir ki, bu barədə nazirlikdən verilən xəbərdə deyilir:

 

"Bu gün Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulub və snayperdən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.

Xüsusilə qeyd etmək istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu qanlı əməl təxribat xarakteri daşıyır və münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq məqsədinə xidmət edir.

İşğalçı Ermənistan rəhbərliyinin sözdə münaqişənin həlli üzrə sülh şəraitinin yaradılması bəyanatlarının real və praktiki addımlarla müşayiət olunmadığını, əksinə Ermənistanın təxribatçı fəaliyyəti ilə sülh danışıqlarına xələl gətirmək niyyətini açıq şəkildə nümayiş etdirən bu qanlı əməl qəti qəbuledilməzdir və danışıqlar prosesinə zərbə vurur.

Törədilmiş qanlı cinayətin bütün mümkün mənfi nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı