Deputatdan parlamentə gəlməyən hökumət üzvlərinə etiraz

14:17 31-05-2019 | icon 379 | Siyasət
Deputatdan parlamentə gəlməyən hökumət üzvlərinə etiraz

“Hökumət üzvləri hesab edir ki, büdcə ancaq maliyyə naziri Samir Şərifova, vergilər naziri Mikayıl Cabbarova və iqtisadiyyat naziri Şahin Mustafayevə aiddir”

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı söz alan deputat Vahid Əhmədov deyib. O, hökumət üzvlərinin 2018-ci ilin büdcə vəsaitlərinin icrası vəziyyəti ilə bağlı müzakirələrə qatılmamasına etiraz edib:

 

“Büdcənin qəbulu zamanı hökumətin bütün üzvləri iştirak edir. Ancaq təəssüflər olsun ki, büdcənin icra vəziyyəti müzakirə olunan zamanı heç biri iştirak etmir. Çünki arxayındırlar ki, büdcə icra olunub. Onsuz da deputalar səs verib qəbul edəcəklər. Hökumət üzvləri hesab edir ki, büdcə ancaq maliyyə naziri Samir Şərifova, vergilər naziri Mikayıl Cabbarova və iqtisadiyyat naziri Şahin Mustafayevə aiddir. Hesab edirəm ki. büdcənin icrası zamanı hökumtin bütün üzvləri iştirak etməlidir. Büdcənin icra vəziyyəti ümumiyyətlə geniş müzakirə edilməlidir. Burada ciddi məsələlər var”.

 

Deputat nağd maliyyə əmliyyatlaırnın həyata keçiroilməsi ilə bağlı məsələlərə də aydınlıq gətirərək dedi ki, böyük həcmli nağdsız hesablaşmalar zamanı vergidən yayınma hallarına yol verilir:

“Maliyyə Nazirliyi belə hallara diqqət yetirməlidirlər”.

 

Milli Məclis sədri Oqtay Əsədov Vahid Əhmədovun qaldıdığı məsələlərə reaksiya verərək dedi ki, Polşa prezidenti Azərbaycanda səfərdə olduğundan hökumət üzvlərinin bir çoxu onunla görüşdə iştirak edir.

Nağdlaşma məsələsinə gəldikdə, spiker problemin olduğunu təsdiqlədi:

 

“Biz sahibkarların mövqeyini müdafiə edirik. Ancaq bir çox hallarda bizə də ticarət mərkəzlərinə quraşdırılan post terminalların işləməməsi, internetin olmaması barədə şikayətlər daxil olur. Belə şikayətlər daha çox deputatlardan olur. Deputatlar maaşları kartladır. Ancaq onlar hansısa əməliyyat keçirən zaman post terminallar işləmir. Buna əncam çəkilməlidir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI