"Əminəm ki, səfəriniz gələcək əməkdaşlığımıza çox güclü təkan verəcək"

15:26 31-05-2019 | icon 434 | Gündəm
"Əminəm ki, səfəriniz gələcək əməkdaşlığımıza çox güclü təkan verəcək"

"Mən Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Əminəm ki, səfər uğurlu keçəcək və səfər nəticəsində əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır".

 

Versus.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakıda Polşa Prezidenti Andjey Dudanla nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə deyib.

 

"Mən sizin gözəl ölkənizə öz səfərimi məmnuniyyətlə xatırlayıram. Biz Sizinlə çox geniş fikir mübadiləsi apardıq və gələcək planlar haqqında danışdıq. Bu gün isə yüksək səviyyəli siyasi dialoq davam etdirilir. Bu gün keçirdiyimiz təkbətək görüşdə bir daha ikitərəfli əlaqələrimizin gündəliyinə nəzər saldıq və gələcək planlar haqqında danışdıq. Bizim əlaqələrimiz çoxşaxəlidir, həm siyasi sahədə, iqtisadi sahədə, digər sahələrdə əməkdaşlıq edirik. Əminəm ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza çox güclü təkan verəcək", deyə dövlət başçısı əlavə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...