Avtomatlaşdırılmış qaydada pensiya təyinatı alan şəxslərin sayı açıqlanıb

15:33 31-05-2019 | icon 561 | İqtisadiyyat
Avtomatlaşdırılmış qaydada pensiya təyinatı alan şəxslərin sayı açıqlanıb

"11 mindən çox vətəndaşımız tam şəkildə avtomatlaşdırılmış qaydada pensiya təyinatlarını alıblar".

 

Versus.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, aparılan avtomatlaşdırma tədbirləri nəticəsində bir çox sahədə artıq ciddi uğurlar əldə olunub:

 

"Elektron pensiya təyinatına yanvarın 1-dən başlanılmasına baxmayaraq qısa müddətdə 11 mindən çox vətəndaşımız tam şəkildə avtomatlaşdırılmış qaydada pensiya təyinatlarını alıblar. Onlar hər hansı bir sənəd toplamayıblar, hər hansı bir quruma getməyə ehtiyac olmayıb. Sosial portalının istifadə dairəsi getdikcə genişlənməkdədir. Artıq 100 mindən çox vətəndaşımız bu portaldan istifadə edib. Bütün vətəndaşlarımıza çağırış edirəm ki, e-sosial portalından aktiv istifadə edərək öz sosial vəziyyətlərinə, əmək müqavilələrinə, fərdi pensiya kapitalında toplanmış vəsaitlərinə, əlillik, pensiya və digər məsələlərlə bağlı məlumatlarına baxsınlar, hər hansı təklifləri varsa versinlər. İnanırıq ki, sosial müdafiə sisteminin gələcəyi elektron sistemlər üzərindən qurulmalıdır".

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI