AMEA professoru adını almaq üçün seçkilər keçiriləcək

17:46 31-05-2019 | icon 405 | Təhsil
AMEA professoru adını almaq üçün seçkilər keçiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) professorluğuna namizədlərin müəyyən olunması üçün gizli səsvermə yolu ilə seçkilər keçiriləcək.

 

Versus.Az-ın məlumatına görə, bu barədə AMEA-nın Rəyasət Heyətinin iclasında məlumat verilib.

 

İclasda bildirilib ki, Rəyasət Heyətinin qərarı ilə “AMEA-nın professoru” adını almaq üçün növbəti müsabiqə elan edilib.

 

Müsabiqədə iştirak etmək üçün respublikanın elmi və ali təhsil müəssisələrindən 24 elmlər doktorunun namizədliyi irəli sürülüb. AMEA-nın professorluğuna namizədlərin müəyyən olunması üçün iclasda gizli səsvermə yolu ilə seçkilərin keçirilməsi və nəticələrin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

 

Tədbirdə AMEA əməkdaşlarının elmi, elmi-təşkilati, texnoloji, ictimai və təsərrüfat fəaliyyətini qiymətləndirmək məqsədilə akademiyanın Xatirə nişanı, habelə AMEA-nın Akademik Əşrəf Hüseynov adına mükafatı, Akademik Əli Quliyev adına mükafatı, Akademik Vahab Əliyev adına mükafatı, Akademik Mirəli Qaşqay adına mükafatı, Akademik Ələşrəf Əlizadə adına mükafatı, Akademik Cəlal Əliyev adına mükafatı, Akademik Məmməd Cəfər Cəfərov adına mükafatı, Akademik Məmmədağa Şirəliyev adına mükafatı və Abbasqulu Ağa Bakıxanov adına mükafatı haqqında əsasnamələr təsdiq edilib.

 

AMEA-nın sonuncu Ümumi yığıncağında AMEA Rəyasət Heyəti üzvlüyünə yeni şəxslərin seçilməsini nəzərə alaraq Rəyasət Heyəti üzvləri arasında yeni vəzifə bölgüsü də təsdiq edilib.

Növbəti qərarla Rəyasət Heyəti aparatının idarə və şöbələrinin yeni əsasnamələri təsdiqlənib.

Rəyasət Heyəti tərəfindən AMEA-nın Zoologiya İnstitutunda Paleozoologiya laboratoriyasının yaradılması, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin strukturunda qismən dəyişiklik edilməsi qərara alınıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...