“JARA”nın iştirakşıları isti ölkəyə səyahətə hazırlaşırlar

17:58 31-05-2019 | icon 649 | Şou-biznes
“JARA”nın iştirakşıları isti ölkəyə səyahətə hazırlaşırlar

“JARA” Beynəlxalq Musiqi Festivalının iştirakşıları isti ölkəyə səyahətə hazırlaşırlar.

 

Versus.Az xəbər verir ki, dünən Moskvada ənənəvi olaraq, Krokus City-nin Rose barında “JARA” musiqi festivalının iştirakçıları üçün “Pre-Party” təşkil olunub.

 

Artıq dördüncü ildir ki bu festival Emin Ağalarov, Qriqori Leps və Sergey Kojevnikovun təşkilatçılığı ilə Xəzər dənizinin sahilində çox təntənəli bir şəkildə keçirilir. Təbii ki, dünənki gecənin başında da məhz bu insanlar dayanıb.

 

Tədbirin aparıcıları Yana Koşkina və Konstantin Tarasyuk olub. Qırmızı xalıya çıxan iştirakçılar artıq indidən Xəzər dənizinin mehi ilə bərabər Bakı istisininin həvəsiylə yaşayırlar.

 

“Jara” festivalında Glyuk”Oza, Jasmin, “Fabrika” qrupu, Alyona Apina, Stas Mixaylov, Aleksandr Panayotov, Mitya Fomin və başqaları iştirak edəcək. Gecənin qonaqları arasında isə Araz Ağalarov, İqor Matviyenko, Stiven Siqal, Yana Çurikova, Yuliya Baranovskaya, Yuriy Aksyuta vardı. Rose Bar səhnəsində Rita Dokota, Emin Ağalarov, İrina Nelson, Aleks Malinovski, Elina Çaqa, “Na-Na” və digərləri çıxış ediblər.

 

Beləliklə, 25-28 iyulda “JARA” öz pərəstişkarlarını gözləyir. Bu il tamaşaçıları və iştirakçıları da həmçinin, Sea Breeze istirahət kompleksində yeniliklər gözləyir.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI