AQTA heyvan kəsimi ilə bağlı yeni VİDEO-ÇARX yaydı

18:38 31-05-2019 | icon 374 | Sosial
AQTA heyvan kəsimi ilə bağlı yeni VİDEO-ÇARX yaydı

AQTA qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri çərçivəsində yeni video-çarx hazırlayıb.

 

Versus.Az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, təqdim olunan yeni video-çarx qanunvericilik çərçivəsində heyvan kəsiminin necə həyata keçirilməsi ilə bağlıdır.

 

Çarxda heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin heyvanın saxlanması, daşınması və kəsimi zamanı mövcud baytarlıq-sanitariya və sanitar-gigiyena tələblərinə riayət etmələrinin vacibliyi öz əksini tapıb.

Video-çarxda kəsim məntəqəsinə gətirilən heyvanın mütləq baytar müayinəsindən keçməli olduğu vurğulanır. Heyvanın kəsimdən istehlaka təqdim edilməsinə qədər bütün mərhələləri özündə əks etdirən çarxda temperatur rejiminə əməl olunmasının vacibliyinə diqqətə çatdırılır. Eyni zamanda ət və ət məhsullarının müvafiq qaydada soyudulmadıqda və uyğun şəraitdə saxlanılmadıqda mikroorqanizmlərin inkişaf etməsinə, bu da öz növbəsində ətin vaxtından əvvəl xarab olmasına, qida mənşəli xəstəlik və zəhərlənmə risklərinin artmasına səbəb olduğu bildirilir.

AQTA qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirlərində fəal iştirakına və dəstəyinə görə " Az Protein Foods Group" MMC və "Azmeat Production" MMC-yə təşəkkür edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb