Qrabağdakı separatçıların LƏĞVİ, erməni əsilli vətəndaşların REİNTEQRASİYASI

14:20 14-09-2023 | icon 1011 | Siyasət
Qrabağdakı separatçıların LƏĞVİ, erməni əsilli vətəndaşların REİNTEQRASİYASI

Razi Nurullayev: "Dünyanın separatizmə fərqli yanaşdığını deməliyik"

 

“Dünya separatizmi tanımadığını deyir, amma özü müxtəlif ölkələrdə baş verən separatizm meyillərinə fərqli, maraqları prizmasından yanaşırlar. Belə olmasaydı, Azərbaycanda erməni separatizminin kökü çoxdan kəsilmiş olmalıydı”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev beynəlxalq təşkilatların və aparıcı dövlətlərin Qarabağdakı qondarma seçkilərə reaksiyası və sivil dünyanın separatizmi tanımadığı halda real münasibətii ilə bağlı açıqlamasında bildirib.

 

Deputat beynəlxalq təşkilatların Azərbaycanda separatizmə yumşaq yanaşmasına diqqət çəkib:

 

"Hələ Avropa Birliyi dövlətləri Şarq Tərəfdaşlığına daxil olan keçmiş sovet respublikaları ilə çərçivə müqaviləsini imzalamaq üçün təşəbbüs göstərəndə Ukraynanın, Moladavanın, Gürcüstanın ərazi bütövlüyünü həmin sənədə salmışdılar. Amma Azərbaycanı həmin sənədə salmamışdılar. Belə çıxır ki, Azərbaycanın ərazi bütövlüyünü tanımırdılar. Azərbaycan israr edirdi, amma bunu qeyd etmək istəmirdilər. Artıq 30 ildir ki, Azərbaycan erməni separatizmi, işğlı, dağıntıları üzləşdiyi halda beynəlxalq qurumlar bu məsələyə ikili yanaşmaqda davam edib. Ona görə də dünyanın separatizmə fərqli yanaşdığını deməliyik”.

 

R.Nurullayev bu gün dünya dövlətlərinin Azərbaycanln Qarabağ ərazisində keçirilən separat seçkilərə də ikili yanaşdı:

 

“Bəzi ölkələr sərt separat seçkiyə qarşı bəyanat versə də, digər böyük dövlətlər erməni cinayətlərinə qarşı yenə də ütülü reaksiya verir. Dünya anlamalıdır ki, bu cür addımları ilə separatizmə daha geniş yollar açırlar. Dünyada separatizmlə mübarizə aparmaq üçün Qrabağdakı separatçıların ləğvi, erməni əsilli vətəndaşların reinteqrasiyası vacibdir. Amma təəssüflər olsun ki, hələ də Azərbaycana münasibətdə haqq-ədalət pozulur və bu da dünya güclərini düşündürmür. Ədalətsizliyin tüğyan eləməsi dünya ölkələrinin mövcud münaqişələrə, separatizmə ikilinyanaşmaları, öz maraları kontekstindən baxmasıdır”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol