Kim Çen Inın 5 məmuru edam etdirməsi xəbəri ABŞ tərəfindən araşdırılır

12:01 01-06-2019 | icon 392 | Dünya
Kim Çen Inın 5 məmuru edam etdirməsi xəbəri ABŞ tərəfindən araşdırılır

Dünən Cənubi Koreya KİV-ləri ABŞ prezidenti Donald Trampla Vyetnamda keçirdiyi görüşündən nəticə əldə edə bilməyən və buna görə də qəzəblənən Şimali Koreya lideri Kim Çen Inın beş vəzifəli şəxsi edam etməsi barədə yazıblar.

 

ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, Ağ Ev bu məlumatın nə dərəcədə doğru olmasına aydınlıq gətirməyə çalışır. Bu barədə Reuters məlumat yayıb.

 

 

“Biz sizin istinad etdiyiniz xəbərləri görmüşük. Bu məlumatları yoxlamaq üçün əlimizdən gələni edirik. Bu barədə bu gün başqa bir söz deyə bilmərəm”, – deyə dövlət katibi jurnalistlərin sualını cavablandırıb.

Qeyd edək ki, dünən Donald Trampla Vyetnamda keçirdiyi zirvə görüşündən nəticə əldə edə bilməyən və buna görə də qəzəblənən Şimali Koreya lideri Kim Çen İnın beş vəzifəli şəxsi edam etdirməsi barədə xəbər yayılıb.

Məlumata görə, Şimali Koreyanın ABŞ üzrə xüsusi nümayəndəsi Kim Hyek Çxol ilə birlikdə xarici işlər nazirliyinin dörd əməkdaşı mart ayının əvvəlində Pxenyandakı Mirim hava limanında edam edilib. Onlar “ABŞ-ın niyyətini düzgün anlamadan müzakirələrə aid kifayət olmayacaq dərəcədə məlumat verərək ABŞ üçün casusluq etdikləri” ittihamı ilə üzləşiblər. O cümlədən, Inın tərcüməçisinin də onun nüfuzuna xələl gətirməsi əsas göstərilərək, islah əmək kaloniyasına göndərildiyi bildirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı