ABŞ səfiri məcburi köçkünlərə iftar süfrəsi verib

12:51 01-06-2019 | icon 548 | Siyasət
ABŞ səfiri məcburi köçkünlərə iftar süfrəsi verib

ABŞ-ın Azərbaycandakı Səfiri Li Litzenberqer Bakının Yeni Ramana qəsəbəsində məcburi köçkünlər üçün iftar süfrəsi açıb.

 

Səfirlikdən verilən məlumata görə, iftar süfrəsinə Şuşa rayon Malibəyli kənd məktəbində Səfirlik tərəfindən dəstəklənən ingilis dili proqramında iştirak edən uşaqların ailələri də iştirak edib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev iftar süfrəsində çıxış edib.

ABŞ-ın Azərbaycandakı Səfiri Li Litzenberqer Bakının Yeni Ramana qəsəbəsində məcburi köçkünlər üçün iftar süfrəsi ile ilgili görsel sonucu

Səfir Litzenberqer öz çıxışında deyib: “Martda ölkəyə gələndən Azərbaycan, onun dini tolerantlıq ənənələri barədə çox şey öyrənmişəm. Tolerantlıq il boyu vacibdir, amma Ramazan ayı ərzində bu və digər dəyərləri öz həyatımıza və uşaqlarımızın həyatlarına necə daxil edəcəyimiz barədə düşünmək xüsusi əhəmiyyət kəsb edir”.

ABŞ-ın Azərbaycandakı Səfiri Li Litzenberqer Bakının Yeni Ramana qəsəbəsində məcburi köçkünlər üçün iftar süfrəsi ile ilgili görsel sonucu

Məlumat üçün onu da qeyd edək ki, mayın 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ABŞ Konqresinin üzvlərinin köməkçilərindən ibarət nümayəndə heyəti, ABŞ səfirliyinin əməkdaşları ilə görüşüb. Komitədən bildirilib ki, sədr qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəbləri və mövcud vəziyyəti, münaqişə nəticəsində ölkəmizin üzləşdiyi humanitar böhran və onun hələ də davam edən fəsadları barədə məlumat verib.

Mübariz Əhmədoğlu ile ilgili görsel sonucu

Bu görüşlərin və xüsusilə də səfirin iftar süfrəsinin arxasında hansı siyasi mesaj var?

Versus.Az xəbər verir ki, politoloq Mübariz Əhmədoğlu "müsavat"a bildirib ki, ABŞ-ın Dağlıq Qarabağla bağlı hazırkı mövqeyi tam, bitkin və strukturlaşmış mövqedir:

“Əvvəllər prezident administrasiyası ilə Konqresin mövqeyində fərq hiss edilirdi. Ancaq son dövrlərdə bu fərq də azalıb. Konqres də mümkün qədər öz mövqeyini, prezident administrasiyasının mövqeyinə yaxınlaşdırıb. ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent regiona son səfəri zamanı, Ermənistanda jurnalistlərin suallarına cavab verərkən bildirdi ki, ərazi bütövlüyü prinsipi əsas götürülməlidir. Yəni ABŞ-ın müvafiq strukturları demək olar ki, eyni mövqedədir. Azərbaycandakı ABŞ səfirinin məcburi köçkünlərlə görüşməsi, iftar süfrəsi açması əslində ikişaxəli addımdır. Yəni səfir məcburi köçkünlərlə görüşməklə Dağlıq Qarabağ məsələsində ABŞ-ın aktiv olduğunu nümayiş etdirir. Əgər onun məqsədi yalnız azərbaycanlılara iftar süfrəsi açmaq idisə, başqa bir təbəqə ilə də bunu edə bilərdi. Yaxud da ümumi iftar süfrəsi açıb, oraya həm də məcburi köçkünləri dəvət edərdi. Xüsusi olaraq məcburi köçkünlərə iftar süfrəsinin açılması isə yuxarıda qeyd etdiyim kimi, ABŞ-ın Dağlıq Qarabağ məsələsi ilə bağlı məşğul olduğunun mesajını verməkdir. Eləcə də ABŞ səfiri bizim dini tolerantlığımızı nümayiş etdirməklə də ermənilərə mesajını verir. Ermənilər bizi dini dözümsüz adlandırırlar. Qısa desək, ermənilər özlərinə aid olan adları bizə qoymağa çalışırlar. Səfirin addımları ermənilərə bu xüsusda da bir cavabdır”.

Politoloq söyləyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona son səfəri də göstərdi ki, Vaşinqton ciddi sürətdə hazırlaşır ki, tərəflər arasında yaxınlarda baş tutması gözlənilən görüş, nəticəli olsun: “Ola bilər ki, təkcə xarici işlər nazirlərinin deyil, Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin də növbəti görüşü Vaşinqtonda təşkil edilsin. Vaşinqtonun hazırlığından görünür ki, onlar bu görüşlər üçün orijinal və işlək format təqdim edəcəklər. Ona görə də Amerikanın Ermənistandakı səfiri ilə Azərbaycandakı səfirinin Dağlıq Qarabağ məsələsinə yanaşmasında, müəyyən paralellər görürəm. Yəni Vaşinqton çalışacaq ki, münaqişə ilə bağlı ciddi irəliləyiş əldə etsin. Çünki bu günə qədər Rusiya hansısa irəliləyişi yarada bilməyib. Belə bir rəqabət, Azərbaycanın faydasınadır”.

Politoloq qeyd edib ki, ABŞ Konqresinin nümayəndərlərinin Azərbaycana səfəri də yenilikdir: “Belə ki, 1994-cü ildə indiki formatda konqresmenlər Ağdama gəldilər. Onları əraziyə ermənilər gətirmişdilər. Oradan dedilər ki, Dağlıq Qarabağ nə gözəldir, ermənilərin necə gözəl yerləri var. İndi atılan addımlar isə çox fərqlidir. ABŞ Konqresində də Azərbaycanla bağlı yeni dönəm başlayıb. Eyni zamanda Rövşən Rzayevin özü də uzun müddət Dağlıq Qarabağ siyasəti ilə məşğul olub. Yəni o, beynəlxalq aləmin Dağlıq Qarabağla bağlı mövqelərinin ən xırda detalına da bələddir. Bu baxımdan Rzayev məsələ ilə bağlı vacib informasiya mənbəyi kimi də çıxış edib. ABŞ Konqresinin həmin nümayəndə heyətinin Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri  Tural Gəncəliyevlə də görüşü olub. Bu görüşlər də çox önəmlidir. Düşünürəm ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin də  Tural Gəncəliyevlə görüşünün təşəbbüskarları, ABŞ tərəfidir. ABŞ-ın hazırda Dağlıq Qarabağ tənzimlənməsinə böyük marağı var. Bu mövqeyin dəyişməsi çox böyük psixoloji təsirə malikdir. Çünki Dağlıq Qarabağ münaqişəsinin bünövrəsi ABŞ-da qoyulub. ABŞ o zaman SSRİ-ni dağıtmaq üçün Dağlıq Qarabağ münaqişəsini yaratdı. 1989-ci ildə iyun və noyabr aylarında ABŞ Konqresinin iki qərarı var. Bu qətnamələrə görə guya biz Dağlıq Qarabağda təkcə erməniləri deyil, yəhudiləri də qırmışıq. Guya təkcə Ermənistanı deyil, Gürcüstanı da blokadaya almışıq. İndi isə ABŞ mövqeyini 180 dərəcə dəyişirsə, bu, ölkə rəhbərliyinin apardığı siyasətin ən vacib göstəricilərindən biridir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı